Uşağa vitamin verilərkən onun boy, çəki və yaşına görə inkişafı izlənilməlidir
Üzvi birləşmələrdən ibarət olan vitaminlər insan və heyvanların qidasının zəruri hissəsini təşkil edir. Qidaların tərkibində vitaminlər çatışmadıqda orqanizmin funksiyası pozulur, nəticədə avitaminoz, sinqa, boy artımının ləngiməsi və yaddaş zəifliyi kimi hallar yaranır. Valideynlər bilməlidirlər ki, həddindən artıq vitamin qəbulu sağlam uşaq demək deyil.
Mütəxəssislər ehtiyac olmadıqda qəbul edilən vitaminləri yanlış addım kimi dəyərləndirir. Onların miqdarının çox olması isə müxtəlif xəstəliklərə səbəb olur.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Telman Aytayev deyib: “Hər vitamin çatışmazlığının klinik əlamətləri var. Orqanizmində rutin olaraq vitamin çox nadir hallarda məsləhət görülür, yəni iştahsızlıq və çəkidə çatışmazlıq varsa, bir-iki dəfə profilaktik məqsədlə vitamin verilə bilər. Uşağa vitamin verilərkən onun boy, çəki və yaşına görə inkişafı izlənilməlidir. Multivitamin verilməsi uşağa kömək etməyə bilər, hətta hansısa dərmanın yan təsiri də meydana çıxa bilər”.
Orqanizmə S vitamini lazım olduğu halda bir qrup vitaminlər, dəmir və digər mikroelementlərin artıq istifadəsi bədəndə depolanmaya şərait yaradır. Ona görə də sağlam qidalanma ən yaxşı seçimdir. “Sağlam qidalanma zamanı meyvə, tərəvəz, daha çox ağ ət, yəni balıq və toyuq əti ilə qidalandıqda orqanizmə lazım olan vitaminlər alınır. Hazır və paketli qidaların qəbulu zamanı bir sıra vitaminlərin çatışmazlığı yarana bilər. Vitamin çatışmazlığı zamanı qan azlığı, nevroloji və metobolizm problemlərlə özünü göstərir”, - deyə həkim-pediatr əlavə edib.
Hər vitaminin xüsusi vəzifəsi var. Mütəxəssislərin fikrincə, D vitamini hər yaş qrupuna verilməlidir, bu, uşaqların əsəb sisteminə, sümük quruluşlarına və normal inkişafa kömək edəcək. Kalsium, maqnezium, potasium kimi vacib mineralların ana südündə olması isə körpələrə daha çox faydalıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Brüssel gündəliyini qalib Azərbaycanın maraqları müəyyən edir
06 Iyul
4 ayda məktub
06 Iyul
Qazax rayonunun Qarapapaq-Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
06 Iyul
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının ...
06 Iyul
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının ...
06 Iyul
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında social müdafiə sahəsind...
06 Iyul
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
06 Iyul
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
06 Iyul
"Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli...
06 Iyul
"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Minera...
06 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!