Ürək-damar sistemi xəstəlikləri qəfil ölüm hallarının əsas səbəbi sayılır
Son vaxtlar gənclər arasında ürək xəstəliklərindən baş verən ölüm halları artıb. Səhiyyə Nazirliyinin məlumatına görə, qəfil ölümlərin yarıdan çoxu ürək-damar xəstəlikləri ilə əlaqədar baş verir. Erkən yaşda həmin problemlərin yaranması isə cəmiyyət arasında narahatlıq yaradır.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev deyib: “Qəfil baş verən ölüm halları zamanı 90-95 faiz hallarda ürək və qan-damar sisteminin problemləri olur. Lakin digər faktorların da rolu var. Düzgün qidalanmamaq, nikotin asılılığı, spirtli içkilərdən həddindən çox istifadə edilməsi, piylənmə, əsəb, stres kimi faktorlar da qəfil ölümə aparıb çıxara bilər. El arasında qansızma deyilən hemorragik insultlar baş verir və bu da ani ölümlərə səbəb olur. Belə hallarda ölümlə üz-üzə qalan xəstənin köməyinə təcili tibbi yardım briqadası da gəlib çata bilmir”.
Mütəxəssislər bildirirlər ki, dünyada ürək-damar xəstəliklərinin yaşı gəncləşir. Vəziyyət o həddə çatıb ki, şagirdlər arasında da bu xəstəliyin qurbanına çevrilənlər var. 2050-ci ilə qədər ürək-damar xəstəliklərinin ölüm səbəbləri arasında birinci olacağı proqnozlaşdırılır. Oturaq həyat tərzi, gərginlik, gənclərin fasiləsiz rejimdə çalışması həmin prosesi sürətləndirir. Müsahibimizin dediyinə görə, bir çox hallarda ürək xəstəlikləri irsi yolla ötürülür. “1 yaşdan 5 yaşa qədər, xüsusilə də uşaqlar arasında kardioqrafik müayinələr aparılmalıdır. Elə qüsurlar var ki, onlar qalır və həmin qüsurlar hansısa medikamentoz üsullarla deyil, cərrahi yolla aradan qaldırılır. Vaxtında diqqət yetirmədikdə həmin uşaqlar 15-20 yaşına, bəzən daha az yaşa olanda müəyyən bir qüsurun ciddi fəsad verməsi və ani səbəbdən qəfləti ölüm baş verir”.
Xəstəlik zamanı həmin əlamətləri sadalayan həkim-terapevt deyib: “Ağız və burun hissəsində göyərmələr, təngnəfəslik, ritm pozğunluqları, qaçan uşaqlarda kəkələmə və s. olur. Valideynlər uşaqları vaxtlı-vaxtında müayinəyə aparmalıdırlar”.
Sağlam yaşamaq bir çox hallarda insanın özündən asılıdır. Bunun üçün səhhəti daim nəzarətdə saxlamaq lazımdır. Siqaret, energetik və spirtli içkilərdən, narkotik vasitələrdən uzaq durmaq lazımdır. Bununla həm özümüzü, həm də dünyaya gələn uşaqları qorumuş olarıq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 26-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub
26 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
26 May
Sabah paytaxtda 24, bəzi bölgələrdə isə 27 dərəcə isti olacaq
26 May
Aqrar Universitetdə Türk Ağsaqqalları Birliyi ilə birgə Müstəqillik Gününə həsr olunan konfrans keçi...
26 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil ...
26 May
Nərimanov rayonunda sexdə baş vermiş yanğın söndürülüb, hadisə nəticəsində iki nəfər xəsarət alıb ...
26 May
AFR Prezidenti: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır ...
26 May
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonuna səfərlə bağlı paylaşım edib
26 May
ÇXR-in Sədri Si Cinpin: Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir ...
26 May
Nigar Vahabzadə: Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin vacibliyini bi...
26 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!