Ümid edirik ki...
Son vaxtlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin rayon və qəsəbələrində müxtəlif abadlıq işləri həyata keçirilir. İstifadəsiz ərazilərdə və binaların həyətlərində müasir tələblərə cavab verən istirahət parkları və uşaq əyləncə meydançaları sakinlərin istifadəsinə verilir.
Gözoxşayan görünüşə malik, işıqlandırma sistemi və lazımi avadanlıqlarla təchiz olunmuş park və meydançalar kiçikdən-böyüyə hamının zövqünü oxşayır və məmnunluğuna səbəb olur. Ölkə vətəndaşlarının asudə vaxtlarının səmərəli keçirilməsində genişmiqyaslı işlər görən Heydər Əliyev Fondunun və şəxsən fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bu nümunəvi addımı bütün rayonlar üçün örnək olmalıdır.
Hörmətli redaksiya, sakini olduğum Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov, 39 saylı binanın ərazisində uzun illərdir ki, heç bir abadlıq işləri aparılmır, əksinə, vaxtilə uşaqlar üçün mövcud olmuş əyləncə qurğuları sökülərək yerində tikinti aparılıb. Binaya aid olan ərazidə hazırda səliqəsizlik və natəmizlik hökm sürür. İnanmaq istərdik ki, tezliklə binamızın həyətində də abadlaşdırma işləri aparılacaq, həyətimiz nümunəvi bir həyətə çevriləcək. Ümid edirik ki, səlahiyyətli şəxslər bizim səsimizi eşidəcəklər.
Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 39 saylı binanın sakinləri adından
Şakir CƏFƏROV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
17 May
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib...
17 May
Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
17 May
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasını...
17 May
Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb
17 May
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yeddi yoluxma faktı qeydə alınıb
17 May
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb
17 May
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birlikdə müraciət edəcəklər
17 May
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 812 nəfər artıb
17 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!