04 Dekabr 2022 01:17
932
CƏMİYYƏT
A- A+

Ulu Öndərin şəxsiyyətinə yüksək ehtiram

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək

 

2023-cü il mayın 10-da Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. 
Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onun müstəqilliyinə qovuşmasına töhfə vermiş qüdrətli şəxsiyyət Heydər Əliyevin yubileyi gələn il təntənə ilə qeyd ediləcək. 
 Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident İlham Əliyev sentyabrın 29-da sərəncam imzalayıb. 
Noyabrın 28-də isə Prezidentin sərəncamı ilə Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Ulu Öndərin həyat və fəaliyyəti yerli və xarici mediada geniş işıqlandırılacaq 

 

Tədbirlər Planında 2023-cü il ərzində "Heydər Əliyev İli" ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, "dəyirmi masa" və seminarların keçirilməsi nəzərdə tutulub. Bu işlərin icrası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Mərkəzinə həvalə olunub. 
Gələn il ərzində yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsini, müsahibə və məqalələrin dərc olunmasını Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Heydər Əliyev Mərkəzi təmin edəcək. 

 

Müsabiqə, sərgi, festival, konsert və tamaşalar

 

Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə 2023-cü il ərzində Azərbaycanın şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsini təşkil edəcək. 
Habelə  Azərbaycanın şəhər və rayonlarında "Heydər Əliyev İli"nə həsr olunmuş müxtəlif müsabiqələr, sərgi, festival və düşərgələr, konsert və tamaşaları - Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət qurumlarını və qeyri-hökumət təşkilatlarını cəlb etməklə keçirəcəklər. 
2023-cü il ərzində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən "Heydər Əliyev İli" ilə bağlı tədbirlərin keçirilməsi Prezident Administrasiyasına, Xarici İşlər Nazirliyinə həvalə olunub.  
Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan evləri və həftəsonu məktəblərində "Heydər Əliyev İli"nə həsr olunmuş tədbirlər keçirilməsi  Prezident Administrasiyasına, Diasporla İş üzrə Dövlət Komitəsinə tapşırılıb. 
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda "Heydər Əliyev İli" ilə əlaqədar tədbirlərin təşkilini Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi icra edəcək. 

 

Ulu Öndər irsinə həsr olunmuş əsərlər, kitablar və monoqrafiyalar

 

Gələn il ərzində "Heydər Əliyev İli" çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkil edilməsi Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinə, "Heydər Əliyev İli" ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi Prezident Administrasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Reklam Agentliyi, Heydər Əliyev Mərkəzi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. 
2023-cü il ərzində Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri nəzərdə tutulub. 
2023-cü il may-iyun ayları ərzində ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün "Heydər Əliyev təqaüdü"nün təsis edilməsi Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyinə həvalə olunub.  Habelə 2023-cü il ərzində təhsil müəssisələrində "Heydər Əliyev dərsləri"nin keçirilməsi də qərara alınıb.  

 

"Heydər Əliyev - 100" yubiley medalı təsis ediləcək

 

2023-cü il ərzində Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi "Heydər Əliyev İli" çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsini təşkil edəcək.  
Azərbaycanın şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması nəzərdə tutulub. 
2023-cü il yanvar-may ayı ərzində Azərbaycan Respublikasının "Heydər Əliyev - 100" yubiley medalının təsis edilməsini Prezident Administrasiyası, Milli Məclis (tövsiyə olunur) gerçəkləşdirəcək. 
Habelə 2023-cü il mart-may ayları ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması qərara alınıb. 
2023-cü il fevral-may ayları ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanmasını Prezident Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) həyata keçirəcək. 
2023-cü il may ayında Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası, Prezident Administrasiyası tərəfindən icra olunacaq. 
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlər göstərib. Azərbaycanda 1969-1982-ci və 1993-2003-cü illərdə hakimiyyətdə olduğu illər ərzində bu dahi şəxsiyyət respublikamızın hərtərəfli inkişaf və tərəqqisinə, eləcə də nüfuzlu dövlət kimi dünya ölkələri arasında seçilməsinə nail olub. 
2023-cü ilin "Heydər Əliyev İli" elan olunması və gələn il Ulu Öndərin 100 illik yubileyinin Azərbaycanda dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcəyi dahi şəxsiyyətə böyük ehtiramın, yüksək qiymətin əyani göstəricisidir. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video