Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Burdan min atlı keçdi" tamaşası Akademik Milli Dram Teatrının səhnəsində
İyunun 30-da Yeni Azərbaycan Partiyasının(YAP) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yazıçı-dramaturq Hidayətin "Burdan min atlı keçdi" pyesi əsasında tamaşa təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanı YAP-ın rəhbərliyi, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının, paytaxtın rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, partiyanın fəalları izləyiblər.
Alqışlarla qarşılanan tamaşada İrəvan Teatrının yaradıcı kollektivinin hər biri oynadıqları obrazların səhnə həllini yüksək peşəkarlıqla təqdim ediblər. Ümummilli Lider Heydər Əliyevin obrazını Əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırıb.
Tamaşada tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətindən, eləcə də Azərbaycan Prezidentinin əzmi nəticəsində həmin siyasəti iflasa uğradan tarixi Qələbəyə gedən yolun prioritetlərindən bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur əməllərinə sinə gərən şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən Ümummilli Lider Heydər Əliyevin yorulmaz və dönməz fəaliyyəti tamaşa boyu işıqlandırılır. Ümummilli Lider Heydər Əliyevin bədii obrazının simasında o böyük şəxsiyyətin Vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov və quruluşçu rəssamı Vahid Mürsəliyevdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb
25 Aprel
Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunu...
25 Aprel
AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb
25 Aprel
Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb...
25 Aprel
Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb
25 Aprel
Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq
25 Aprel
Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq
25 Aprel
Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir
25 Aprel
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!