15 Yanvar 2022 10:54
519
SİYASƏT
A- A+

Ukrayna Diplomatik Akademiyasının direktoru: Prezident İlham Əliyevin Kiyevə səfəri iki ölkə arasında etibarlı dostluğun bariz nümunəsidir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə səfəri iki ölkə, xalq arasında strateji tərəfdaşlığın və etibarlı dostluğun bariz nümunəsidir. Bu səfər Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində və Ukraynanın beynəlxalq dəstəyə ehtiyacı olduğu bir vaxtda baş tutması rəmzi xarakter daşıyır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru, Ukraynanın fövqəladə və səlahiyyətli səfiri Gennadi Nadolenko söyləyib.

Onun sözlərinə görə, dövlət başçılarının imzaladığı Birgə Bəyannamədə ikitərəfli münasibətlər üçün son dərəcə vacib olan məsələlər, o cümlədən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində qarşılıqlı dəstək verməyə hazır olmaq, hibrid təhdidlərə qarşı birgə mübarizə, Qara dəniz regionunda sülh və sabitliyin təmin edilməsi kimi məsələlər əksini tapıb.

“Səfər çərçivəsində bağlanmış sazişlər Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin ticarət-iqtisadi, enerji, hərbi-texniki və mədəni sahələrin inkişafı üçün keyfiyyətcə yeni əsas yaradır”, - deyə Gennadi Nadolenko əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video