18 Avqust 2022 00:20
581
İDMAN
A- A+

UEFA Çempionlar Liqası: “Qarabağ”-“Viktoriya Plzen” komandalarının oyunu heç-heçə başa çatıb

 

“Qarabağ” (Ağdam) komandası avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyuna çıxıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın rəqibi Çexiyanın “Viktoriya Plzen” klubu olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç heç-heçə başa çatıb - 0:0.

“Qarabağ”ın heyətində meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Bədavi Hüseynov, Kadi Borges, Abdullah Zubir, Ramil Şeydayev və İbrahima Vadji çıxıblar.

“Viktoriya Plzen”in start heyətində Yindrjix Stanek, Lukaş Heyda, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel, Con Moskera və Tomaş Xori yer alıblar.

Bu qarşılaşmada Bakıda beş ildən sonra yenidən UEFA Çempionlar Liqasının rəsmi himni səsləndirilib.

Sloveniyalı baş hakim Slavko Vinçiçin idarə etdiyi görüşün ilk hissəsi kifayət qədər qol imkanı yaradan Ağdam təmsilçisinin üstünlüyü ilə keçib.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ikinci hissəsində də “Qarabağ”ın futbolçuları rəqib qapısına yol tapa bilməyiblər. Qonaqların qapıçısı bir neçə epizodda Qurban Qurbanovun komandasının futbolçularının zərbəsini dəf edib.

Beləliklə, bu iki komanda arasında paytaxtımızda oynanılan ilk matçda qolsuz bərabərlik qeydə alınıb.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq.

Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klub isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində müvafiq olaraq, Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdırıb.

Yarışa ikinci təsnifat mərhələsindən qoşulan Çexiya çempionu isə əvvəlcə Finlandiyanın “HJK Helsinki”, sonra Moldovanın “Şerif” komandasına qalib gələrək “Qarabağ”ın rəqibi olub.

Xatırladaq ki, “Qarabağ” və “Viktoriya Plzen” komandaları indiyədək avrokuboklarda bir dəfə qarşılaşıblar. UEFA Çempionlar Liqasının 2016-2017-ci il mövsümünün üçüncü təsnifat mərhələsindəki qarşılaşmada Çexiyadakı ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı. Bakıda isə 1:1 hesabı ilə nəticələnən oyundan sonra “Viktoriya Plzen” səfər qolu sayəsində növbəti mərhələyə yüksəlmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video