Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib: bölgəyə gedən yollar nəzarət altına alınıb
Türkiyənin Muğla vilayətində yerləşən meşəlik ərazilərdə üç fərqli nöqtədə eyni zamanda yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı məlumat verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi hazırda yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.
Son məlumata əsasən, güclü külək səbəbindən yanğını nəzarət altına almaq mümkün deyil. Havanın qaralması ilə təyyarə və helikopterlərin yanğına müdaxiləsi də çətinləşib. Yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.
Bölgəyə çox sayda yanğınsöndürən maşın və 600-ə yaxın canlı qüvvə cəlb olunub.
Hidrometeoroloqlar iyunun 22-i günorta saatlarından etibarən küləyin təsirinin artacağını proqnozlaşdırırlar. Bu səbəbdən çox sayda helikopter və təyyarə ilə havadan söndürmə işlərinin aparılması planlaşdırılır.
Hadisə ilə bağlı Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) verilən son açıqlamada ölkənin Burdur, Aydın, Dənizli və Antalya vilayətlərindən mütəxəssislərin bölgəyə cəlb edildiyi, Afyonkarahisar, Kütahya, İzmir və Uşakda yerləşən qrupların isə həyəcan vəziyyətinə gətirildiyi bildirilir.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə daxili işlər naziri Süleyman Soylu yanğın ilə bağlı işləri araşdırmaq üçün bölgəyə hərəkət ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
NATO sammitində Ukrayna Prezidenti ölkəsinə hərbi və maliyyə yardımını artırmağa çağırıb...
29 Iyun
Özbəkistan Ali Məclisi Senatının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib...
29 Iyun
Əfqanıstan-İran sərhədində silahlı toqquşma
29 Iyun
Türkiyə İsveç və Finlandiyadan terrorçuluqda şübhəli bilinən 33 nəfərin ekstradisiyasını tələb edib...
29 Iyun
Azərbaycan Respublikasının və Qətər Dövlətinin prokurorluq orqanları arasında əməkdaşlıq genişlənir...
29 Iyun
Azərbaycan-Qətər əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə edili...
29 Iyun
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir
29 Iyun
AHİK-in təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub
29 Iyun
Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub Y...
29 Iyun
Yaddaşın zəifləməsi, gələcəklə əlaqəli mənfi düşüncələr, ümidsizlik bipolyar probleminin əsas simpto...
29 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!