Türkiyəli nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıb
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru, professor Necdet Budak, Kənd təsərrüfatı fakültəsinin dekanı, professor Banu Yücel Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, professor-müəllim heyəti erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə gül dəstələri düzüb.
Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Həmçinin qonaqlar Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Dahi Azərbaycan şairinin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini anıblar.
Sonra türkiyəli nümayəndə heyəti şəhərin mərkəzi bazarı ilə tanış olub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 26-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub
26 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
26 May
Sabah paytaxtda 24, bəzi bölgələrdə isə 27 dərəcə isti olacaq
26 May
Aqrar Universitetdə Türk Ağsaqqalları Birliyi ilə birgə Müstəqillik Gününə həsr olunan konfrans keçi...
26 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil ...
26 May
Nərimanov rayonunda sexdə baş vermiş yanğın söndürülüb, hadisə nəticəsində iki nəfər xəsarət alıb ...
26 May
AFR Prezidenti: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır ...
26 May
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonuna səfərlə bağlı paylaşım edib
26 May
ÇXR-in Sədri Si Cinpin: Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir ...
26 May
Nigar Vahabzadə: Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin vacibliyini bi...
26 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!