22 Iyun 2022 12:06
559
DÜNYA
A- A+

Türkiyədə meşə yanğınları ilə mübarizəyə 20 helikopter və 14 təyyarə cəlb olunub

 

Dünən axşam saatlarından başlayaraq Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda yerləşən meşəlik ərazilərdə çıxan yanğının söndürülməsi işləri davam edir.

AZƏRTAC xəbər verir ki, yaşayış ərazilərindən təqribən 3-4 kilometr kənarda baş verən yanğının söndürülməsinə, havadan 20 helikopter və 14 yanğınsöndürmə təyyarəsi, qurudan isə xüsusi texnika ilə yanaşı 1500-ə yaxın canlı qüvvə cəlb olunub.

Bölgədə 30-a yaxın ev təxliyə edilib.

Təxminən 250 hektar ərazini əhatə edən yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə daxili işlər naziri Süleyman Soylu yanğın ilə bağlı işləri araşdırmaq üçün bölgədə olublar. Hadisə ilə bağlı açıqlama verən Süleyman Soylu araşdırmanın başlandığını, təxribatla bağlı danışmağın hələ tez olduğunu bildirib.

Qeyd edək ki, hidrometeoroloqlar iyunun 22-si günorta saatlarından etibarən küləyin təsirinin artacağını proqnozlaşdırırlar. Bu səbəbdən söndürmə işlərinin çox sayda helikopter və təyyarə ilə havadan aparılması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video