31 Avqust 2024 14:25
115
DÜNYA
A- A+

Türkiyədə əməliyyat: axtarışda olan 25 şübhəli saxlanıldı  

 

Türkiyənin səkkiz bölgəsində təşkil edilən "Kuyu-21" əməliyyatlarında İnterpolun qırmızı bülleteni ilə 18 ölkə tərəfindən axtarışda olan 25 şübhəli ələ keçib.

"Azərbaycan" qəzetinin xəbərinə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.

Məlumata görə, əməliyyat çərçivəsində Almaniya, Avstraliya, Azərbaycan, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniya daxil olmaqla, 18 ölkədən İnterpol tərəfindən axtarışda olan 25 nəfər saxlanılıb.

Saxlanılanlar "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ya ona üzv olmaq", "Narkotik ticarəti", "Qəsdən adamöldürmə", "Bir şəxsi azadlığından məhrumetmə", "Cinsi cinayətlər", "Rəsmi sənədlərin saxtalaşdırılması", "Fırıldaqçılıq", "Çirkli pulların yuyulması", "İnsan alveri və mühacir qaçaqmalçılığı" cinayətləri ilə axtarışda olublar.

 

S.Bayramov,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video