31 Avqust 2024 11:47
110
SİYASƏT
A- A+

Türkiyə YSK-nın sədri: Azərbaycan xalqının demokratik dəyərlərə inancı yüksək səviyyədədir

 

Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yenerin rəhbərlik etdiyi müşahidə missiyasının üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə MSK sədri seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçinin qoşulduğunu, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırıldığını qonaqların diqqətinə çatdırıb. O, medianın seçkiləri sərbəst şəkildə izləyə biləcəyini deyib, ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini vurğulayıb. Respublika ərazisində 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov bildirib ki, ölkədə fəaliyyət göstərən 26 partiyadan 25-i seçkilərdə iştirak edir. O, həmçinin Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2471 məntəqədə fiziki məhdudiyyətli şəxslər üçün pandusların quraşdırıldığını deyib.

Parlament seçkilərinin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçiriləcəyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirən MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb.

MSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirən Ahmet Yener Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəklərini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqının demokratik dəyərlərə inancı yüksək səviyyədədir. O, bu il fevralın 7-də keçirilən prezident seçkilərində yüksək seçici fəallığı müşahidə etdiklərini xatırladıb. Bildirib ki, prezident seçkiləri şəffaf və demokratik şəkildə keçirilib. Qonaq sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də eyni ab-havanı müşahidə edəcəklərinə əminliyini bildirib.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video