14 Yanvar 2022 20:21
490
SİYASƏT
A- A+

Türkiyə Xarici İşlər Nazirliyi: Azərbaycanla ortaq rifah və dinamik inkişaf yolunda birlikdə çalışma iradəmizi bir daha təsdiqləyirik

 

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yenidən təsis edilməsinin 30-cu ildönümü münasibətilə açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 68-ci ildönümünü qeyd etdiyi 1991-ci il 29 oktyabr tarixi ərəfəsində beynəlxalq hüququn verdiyi haqlardan istifadə edən Azərbaycanın öz iradəsini qüvvətli bir şəkildə ortaya qoyaraq Türkiyəyə ikiqat bayram yaşatdığının qeyd olunduğu açıqlamada diqqətə çatdırılır ki, Türkiyə vaxt itirmədən Azərbaycan Cümhuriyyətinin müstəqilliyini rəsmən tanımış və Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyəti arasında yenidən diplomatik münasibətlərin təsisi haqqında protokolun imzalanması ilə iki ölkə arasında diplomatik əlaqələr başlamışdır.

Bildirilir ki, müstəqilliyini elan edəndən sonra Azərbaycan ilə diplomatik əlaqələr quran ilk ölkə Türkiyə olub. Ötən otuz il boyunca Türkiyə yaxşı gündə də, pis gündə də Azərbaycanın yanında olub, bunu qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad edəndə yaşadığı bütün sevinci ilə bir daha göstərib.

2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən, əlaqələrimizi şaxələndirən mətin iradənin bundan sonra da davam edəcəyinin əminliklə ifadə olunduğu açıqlamada bildirilir ki, Türkiyə Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimiz” ifadəsinə və ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” şüarına yaraşan yanaşma da budur.

Açıqlamada diqqətə çatdırılır ki, bu gün 30 il əvvəlkindən qat-qat güclü Türkiyə və daha güclü Azərbaycan var və iki ölkənin qardaşlığı və sıx əməkdaşlığı onların ortaq bölgələrində sülhün və sabitliyin böyük təminatına çevrilib.

Azərbaycanla diplomatik əlaqələrin yenidən təsisinin 30-cu ildönümünü qeyd edərkən, gələcəyə inamla baxır, ortaq rifah və dinamik inkişaf yolunda birlikdə çalışma iradəmizi bir daha təsdiqləyirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video