Türkiyə və Ermənistan nümayəndələrinin Moskvada keçirilən görüşü başa çatıb
Türkiyə və Ermənistan nümayəndələrinin Moskvada 13 ildən sonra ilk dəfə reallaşan görüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, NTV (Türkiyə) telekanalının diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Rubin Rubinyan arasında danışıqlar 1 saat 30 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında əlaqələrin normallaşdırılması mövzusu müzakirə olunub.
Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər ki, xüsusi nümayəndələrin ilk danışıqları pozitiv və konstruktiv atmosferdə keçib. Tanışlıq xarakteri daşıyan görüşdə tərəflər müzakirələrin ilkin şərt irəli sürülmədən davam etdirilməsi barədə razılaşıblar.
Danışıqların digər detalları barədə məlumat verilmir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Avqustun 10-da Azərbaycanda COVID-19 əleyhinə 1829 doza vaksin vurulub
10 Avqust
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 534 yoluxma faktı qeydə alınıb
10 Avqust
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib
10 Avqust
Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan problemin aradan qaldırıl...
10 Avqust
Mütəxəssis: Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər
10 Avqust
Qadın güləşçimiz V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb
10 Avqust
Azərbaycanın iki güləşçisi V İslamiadanın finalına yüksəlibHeydər Əliyev Fondunun vitse-prezidenti...
10 Avqust
Solt-Leyk-Siti şəhərində “Şuşa İli”nə həsr olunmuş Azərbaycan guşəsi təqdim edilib
10 Avqust
Azərbaycanla Əlcəzair arasında əməkdaşlıq münasibətləri müzakirə olunub
10 Avqust
Bakıda "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlü...
10 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!