17 Yanvar 2025 12:44
315
DÜNYA
A- A+
Türkiyə ilə Monqolustan arasında strateji tərəfdaşlığın təsis edilməsi ilə bağlı Saziş imzalanıb  

Türkiyə ilə Monqolustan arasında strateji tərəfdaşlığın təsis edilməsi ilə bağlı Saziş imzalanıb  


Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxun Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın təsis edilməsi ilə bağlı Saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, səfər zamanı Türkiyə ilə Monqolustan arasında nəqliyyat, təhsil, səhiyyə və tibbi elmlər, təbii sərvətlər, rəqabət siyasəti, meşə təsərrüfatı və ətraf mühit problemləri, idman sahələri, eləcə də milli televiziya və radio qurumları arasında əməkdaşlıq olmaqla, ümumilikdə on saziş imzalanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qərarların ölkələr arasındakı əlaqələri daha irəliyə aparacağına inamını ifadə edib.

“Monqolustanın açıqladığı meqalayihələri nəzərə alaraq inşaat, infrastruktur, nəqliyyat, müdafiə sənayesi, mədənçilik, turizm, kənd təsərrüfatı, heyvandarlıq və digər sahələrdə əməkdaşlığı hədəfləyirik. İlk mərhələdəki hədəfimiz olan 100 milyon dollar səviyyəsindəki ticarət həcmimizin əsl potensialımızdan çox aşağı olduğunu düşünürük. Görüşlərimizdə ticarət mübadiləmizi artırmaq üçün tədbirlər barədə danışdıq”, - deyə Prezident Ərdoğan vurğulayıb.

Ölkələr arasındakı münasibətlərin ən mühüm istiqamətinin tarixi, bəşəri və mədəni əlaqələr olduğunu deyən Türkiyə Prezidenti bu əlaqələri dərinləşdirmək mövqeyinə sadiq qaldıqlarını bir daha təsdiqlədiklərini bildirib.

O, Bilgə Tonyukuk abidəsinin qorunması üçün Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin - TİKA-nın əməkdaşlığı ilə inşası həyata keçirilən muzeydə işləri bu il tamamlamağı planlaşdırdıqlarını deyib.

Qeyd edək ki, bu, Monqolustandan Türkiyəyə dövlət başçısı səviyyəsində təxminən 21 illik fasilədən sonra həyata keçirilən ilk səfərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropanın daha bir ölkəsi Azərbaycanla əməkdaşlığı genişləndirir

08:05
12 Fevral

Yeni dövrün əsas hədəfləri

08:00
12 Fevral

"Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

01:13
12 Fevral

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:12
12 Fevral

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

01:11
12 Fevral

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

01:10
12 Fevral

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında ƏSASNAMƏ

01:09
12 Fevral

Böyük Britaniya və ABŞ beynəlxalq süni intellekt bəyannaməsini imzalamaqdan imtina edib

22:57
11 Fevral

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib 

22:22
11 Fevral

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

21:53
11 Fevral

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib  

21:52
11 Fevral

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

20:33
11 Fevral

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

20:11
11 Fevral

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

20:07
11 Fevral

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib  

19:53
11 Fevral

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

19:42
11 Fevral

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub 

19:27
11 Fevral

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb  

19:11
11 Fevral

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

18:41
11 Fevral

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18:31
11 Fevral

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

18:12
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!