12 Yanvar 2022 23:47
175
DÜNYA

Türkiyə “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlayacaq

 

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, iclasda Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik birlikləri tərəfindən istifadə edilən yerli və milli sistemlərə yeni istehsal məhsullarının əlavə edilməsi ilə bağlı məsələlər müzakirə edilib. İclasda ilk uçuşu 2023-cü ildə planlaşdırılan milli “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlamaq barədə qərar qəbul edilib.

İclasda, həmçinin müxtəlif hava, quru və dəniz platformaları, rabitə və informasiya sistemləri, döyüş sursatı və raketlər, ehtiyat hissələri və avadanlıqlar, modernləşdirmə, logistika, kibertəhlükəsizlik və süni intellekt kimi sahələr üzrə müxtəlif layihələrə barədə də qərar verilib.

İclasda, həmçinin qeyd olunub ki, Türkiyə bütün maneələrə baxmayaraq yerli və milli sistem və texnologiyaların dizaynı, inkişafı və istehsalında qətiyyəti ilə hədəflərinə doğru möhkəm addımlar atmağa davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video