28 Iyun 2022 13:35
353
DÜNYA
A- A+

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə növbəti görüş Vyanada keçiriləcək  

 

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə növbəti görüş iyulun 1-də Vyana şəhərində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkənin xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında dördüncü görüş 2022-ci il iyulun 1-də Avstriyanın paytaxtında baş tutacaq. Ermənistan Xarici İşlər Nazirliyi çərşənbə axşamı Türkiyə nümayəndəsi ilə görüşün keçiriləcəyi vaxtı və yeri təsdiqləyib.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında Türkiyə və Ermənistanın kiçik addımlarla da olsa, münasibətləri normallaşdırmağa çalışdığını bildirib. Eyni zamanda o, Ankaranın bu prosesi İrəvanla Bakı arasında münasibətlərlə əlaqələndirdiyini xatırladıb.

Qeyd edək ki, hazırda Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. İki ölkə arasındakı sərhədlər Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. Münasibətlərin gərginləşməsinə bir sıra amillər, əsasən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və 1915-ci il uydurma “erməni soyqırımı” məsələsinin beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olub.

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Türkiyənin ABŞ-dakı sabiq səfiri Sərdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın ilk görüş yanvarın 14-də Moskvada, növbəti iki görüş isə fevralın 24-də və mayın 3-də Vyanada baş tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video