18 İyun 2024 15:53
367
CƏMİYYƏT
A- A+
Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

 

Türkiyə Azərbaycana 100 min iynəyarpaqlı və yarpaqlı ağac tingi göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi yanında Meşəçilik idarəsindən məlumat verilib.

Tinglər Eskişehir, Konya, Mersin, Şanlıurfa və Sakarya əyalətlərində meşə təsərrüfatında yetişdirilib.

İdarədən verilən məlumata görə, Bakıda və Azərbaycanın Qarabağ bölgəsində qardaş dövlətin ekologiyasına töhfə verəcək tinglərin əkilməsi nəzərdə tutulub.

Bundan əlavə, İdarə təhlükəli zərərvericiyə – “qatil arı” da adlandırılan (Dryocosmus kuriphilus) həşərata qarşı mübarizədə Azərbaycana dəstək planlarını bölüşüb.

Vətəni Çin olan bu zərərverici 2014-cü ildə Türkiyədə aşkarlanıb və o vaxtdan ölkənin müxtəlif bölgələrində meşələrə və meyvə bağlarına ciddi ziyan vurub.

Bu arılarla mübarizədə onların təbii düşmənlərindən geniş istifadə olunur.

Meşəçilik idarəsi bildirir ki, bu il təbiətdə “qatil arı”larla qidalanan 50 min yırtıcı həşərat da Azərbaycana göndərilib.

Türkiyədən olan mütəxəssislər azərbaycanlı həmkarları üçün “qatil arılar”la effektiv mübarizə mövzusunda təlimlər təşkil edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub

00:50
28 Sentyabr

Azərbaycan Respublikası Milli Məclisinin Aparatında 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

00:25
28 Sentyabr

Kşaba Korosi: COP29-la bağlı Azərbaycanla işləməkdən məmnunam

23:47
27 Sentyabr

Azərbaycan Könüllüləri şəhidlərimizin əziz xatirəsini yad ediblər

22:18
27 Sentyabr

Meksika televiziyasında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib 

22:14
27 Sentyabr

COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib

22:12
27 Sentyabr

Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

21:37
27 Sentyabr

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar

19:45
27 Sentyabr

Xidmətin bölmə rəisi və sabiq şöbə rəisi həbs olunub  

19:43
27 Sentyabr

Ölkəmizdəki dini konfessiyaların nümayəndələri Anım Gününü qeyd ediblər

18:49
27 Sentyabr

Xocavəndlilər Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

18:33
27 Sentyabr

XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ağdamda

18:27
27 Sentyabr

Prezidentin köməkçisi Hikmət Hacıyev İtaliya qəzetinə müsahibəsində Ermənistanla sülh prosesindən danışıb 

18:12
27 Sentyabr

DSX şəhidlərin xatirəsini silsilə tədbirlərlə qeyd edib

18:09
27 Sentyabr

Qeyri-adi qulaqcıq

17:27
27 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib

17:22
27 Sentyabr

“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib

17:20
27 Sentyabr

Gənclər və İdman Nazirliyinin kollektivi II Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

17:19
27 Sentyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhidlərin xatirəsini anıb

17:18
27 Sentyabr

Ombudsman Aparatının kollektivi Zəfər parkında şəhidlərin əziz xatirəsini yad edib

17:16
27 Sentyabr

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir

17:13
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!