Türkdilli ölkələr Avropanın əsas qaz təchizatçısına çevrilir
Yeni qlobal enerji layihələri Türk Dövlətləri Təşkilatının üzvləri arasında strateji tərəfdaşlığı daha da gücləndirir
Türkdilli ölkələr arasında strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyması Türk Dövlətləri Təşkilatının getdikcə vahid güc mərkəzinə çevrildiyini söyləməyə əsas verir.
Artıq bir müddətdir ki, türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyinə şahid oluruq. Təmasların mütəmadi xarakter almasında Azərbaycan Prezidentinin fəaliyyəti xüsusi diqqət çəkir. Çünki Prezident İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.
Azərbaycanın qurduğu infrastruktur 30 milyard kubmetr qazı nəql etmək imkanına malikdir
2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə əsası qoyulan bu birliyin üzvləri bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir, eyni zamanda iqtisadi, siyasi əlaqələr durmadan genişləndirilir, neft-qaz resurslarını Avropaya nəql edirlər.
Elə təkcə dekabrın 14-də Türkmənistanda Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin görüşü və aparılan danışıqlar, imzalanan sənədlər bunu deməyə əsas verir. Həmin gün imzalanan sənədlər sırasında "Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum"a əsasən hər üç dövlət birgə layihə reallaşdıracaq. Belə ki, bu sənəd Trans-Xəzər qaz kəmərinin reallaşması istiqamətində atılan əhəmiyyətli addımdır.
Ümumiyyətlə, təşkilata üzv dövlətlərin yerləşdiyi coğrafiyaya nəzər salsaq görərik ki, bu ölkələr Asiya ilə Avropanı birləşdirən bir ərazidə yerləşir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təbii ehtiyatları çox zəngindir və bu təbii ehtiyatlar 23 dövlətin üzv olduğu Avropa İttifaqı ölkələrinin təbii ehtiyatlarından azı iki dəfə çoxdur. Bu baxımdan üzv ölkələr qarşılıqlı sərmayə yaradaraq iqtisadi əlaqələri daha sıx şəkildə qurmaq barədə razılığa gəliblər.
Türkmənistanda keçirilən üçtərəfli görüşdə isə razılığa gəlinib ki, gələn il Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Zirvə görüşü keçirilsin. Bu barədə məlumat verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini nəzərə çatdırıb. Bu Zirvə görüşündə Türkmənistan qazının Azərbaycan və Türkiyə ərazisindən tranzit keçməklə Avropaya çatdırılması ilə əlaqədar sazişin də imzalanması gözlənilir.
Azərbaycan hazırda Avropa İttifaqına 10 milyard kubmetr qaz ixrac edir. Azərbaycanın qaz ixracı üçün qurduğu infrastruktur 30 milyard kubmetr qaz nəql etmək imkanına malikdir. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə yalnız Azərbaycan deyil, eləcə də Türkmənistan qazını da Avropaya ixrac etmək mümkündür ki, bunun üçün də Trans-Xəzər qaz kəmərinin çəkilməsi zəruridir.
Bu kəmərin Xəzər dənizinin dibi ilə çəkilməsi və Orta Asiya respublikalarında hasil olunan qazın Avropaya ixrac olunması hələ 1990-cı illərdən müzakirə olunurdu. Lakin Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməməsi və Avropanın qaz bazarını əlində saxlayan Rusiyanın etirazları bu layihənin həyata keçməsinə imkan vermirdi.
Türkmənistan qazı Azərbaycan və Türkiyə ərazisindən keçməklə Avropaya çatdırılacaq
Artıq dünyanın geosiyasi mənzərəsi tədricən dəyişir və Azərbaycan Prezidenti qlobal siyasətdəki dəyişikliyi düzgün qiymətləndirərək Trans-Xəzər qaz kəmərinin çəkilməsi istiqamətində zəruri addımlar atır.
Hazırda Türkmənistan 35 milyard kubmetr qaz ixrac etmək potensialına malikdir. Özbəkistan və Qazaxıstanda hasil olunan və ixrac üçün nəzərdə tutulan təbii qazın həcmi təxminən 25 milyard kubmetrə yaxındır. Göstərilən həcmdə qaz Trans-Xəzər, TANAP və TAP kəmərləri ilə nəql olunarsa Avropa enerji təhlükəsizliyi təminatını şaxələndirməklə yanaşı, alternativ enerji mənbəyi də əldə etmiş olar. Avropa İttifaqı bu layihəni həm siyasi, həm də iqtisadi baxımdan dəstəkləyir. Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç bəyan edib ki, Trans-Xəzər kəməri Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edir və buna görə də bu beynəlxalq layihənin reallaşmasına investisiya cəlb etməklə yardım göstərəcək.
Bu gün qlobal siyasətin prioritetləri də dəyişib. Rəsmi Moskva da bunu çox yaxşı başa düşür. "Kommersant" qəzeti Rusiya Xarici İşlər Nazirliyinin idarə rəisi Aleksandr Sterkinə istinadla yazır ki, Rusiya Orta Asiya respublikalarının dünya bazarına çıxış əldə etmək üçün yeni dəhlizlər yaratmasının əleyhinə deyil. Bu, onların suveren hüququdur.
Beləliklə, Trans-Xəzər boru xətti və bu vasitə ilə Türkmənistanda və digər Orta Asiya respublikalarında hasil olunan qazın Avropaya ixrac edilməsi tam realdır. Bu layihənin həyata keçməsinin nəticəsində Azərbaycan və region dövlətləri təkcə iqtisadi dividend deyil, həmçinin siyasi zəmanət qazanacaqlar.
Rəcəb Tayyib Ərdoğandan dəyəri 1 trilyon dollara bərabər qaz müjdəsi
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında Qara dəniz qazı ilə bağlı çox maraqlı məlumat açıqlayıb. Qara dənizdə yeni təbii qaz kəşfinin müjdəsini verən Prezident Rəcəb Tayyib Ərdoğan, "Fatih Qazma Gəmimiz Çaycuma-1 qazmasında dənizin 3 min 23 metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar etdi. Qara dənizdə kəşf etdiyimiz təbii qaz bu gün beynəlxalq bazarlarda 1 trilyon dollara bərabərdir" deyərək hər kəsi heyrətləndirib.
Göründüyü kimi, ixrac əsaslı iqtisadiyyat strategiyasını qəbul edən Türkiyə davamlı inkişafın açarı olan enerji sahəsində də nəhəng addımlar atır. Ötən dövrdə 540 milyard kubmetr Qara dəniz qazının tarixi kəşfini edən Türkiyə həm quruda, həm də dənizdə qazma işlərini davam etdirir və yeni kəşflər edir.
Prezident Rəcəb Tayyib Ərdoğanın Qara dənizdə yeni kəşfin müjdəsini verməsi qardaş ölkənin də Avropanın əsas enerji depolarından biri olduğunu təsdiqləyir.
Türkiyə enerji sahəsində Avropanın mərkəzi olmağa hazırlaşarkən neft və təbii qaz axtarışlarını da sürətləndirərək yeni kəşflər etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın xəbər verdiyi son kəşfə görə, Qara dənizdəki qaz ehtiyatları ümumilikdə 710 milyard kubmetrə çatıb.
Bütün bunlar, əlbəttə ki, Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzinə çevrilməsinə, türk dünyası ölkələrinin birliyinin daha da möhkəmlənməsinə böyük töhfədir. Bu da onu deməyə əsas verir ki, Rusiya qazından məhrum olan Avropanı TDT təmin edə bilər.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İsrailin təhlükəsizliyinə sadiqik - Antoni Blinken
19 Aprel
Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb
19 Aprel
Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatla...
19 Aprel
“Nokia”nın yeni smartfonu təqdim edilib
19 Aprel
İranın İmam Xomeyni Beynəlxalq Aeroportundan uçuşlar bərpa edilib
19 Aprel
“Apple” Çində bəzi proqramlarını “App Store”dan çıxarıb
19 Aprel
Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir...
19 Aprel
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
19 Aprel
DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir
19 Aprel
Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır...
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!