09 İyun 2026 10:41
160
İQTİSADİYYAT
A- A+
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb


Azərbaycanda qeyri-neft sektorunun inkişafının hesabına bank aktivləri 35 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

V.Qasımlı qeyd edib ki, ölkəmizdə problemli kreditlər Türk Dövlətləri Təşkilatı arasında ən aşağı, təxminən 2 faiz səviyyəsindədir.

“Türk Dövlətləri Təşkilatında (TDT) bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb. Hazırda TDT ölkələrinin ümumi daxili məhsulu 2,1 trilyon dolları ötür ki, bu da dünya iqtisadiyyatının təxminən 3 faizini təşkil edir. Ötən il TDT-yə üzv ölkələr üzrə orta iqtisadi artım tempi 6 faizdən yüksək olub. Ən yüksək artım Qırğızıstanda qeydə alınıb və bu göstərici 11 faizi ötüb. Özbəkistanda iqtisadi artım 7 faizdən, Qazaxıstanda isə 5 faizdən çox olub. TDT ölkələrinin bank aktivləri dünya bank aktivlərinin cəmi 0,8 faizini təşkil edir.

Ötən il TDT ölkələri üzrə ümumi yığımın həcmi 670 milyard dollara çatıb. Bu göstərici dünya üzrə ümumi yığımın 2,3 faizinə bərabərdir. Yığım həcmi ilə bank aktivləri arasındakı fərq maliyyə resurslarının bank sektoruna cəlb olunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi üçün əlavə imkanların mövcudluğunu göstərir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatında maliyyə bazarlarının inkişafı və bank sektorunun genişlənməsi üçün əhəmiyyətli potensial formalaşıb. Özbəkistanın bank aktivləri 28,5 milyard dollar məbləğində qiymətləndirilir. TDT-də bundan sonrakı bank sektorunun inkişafı ilə bağlı requlyativ tənzimləmə və hüquqi məsələlər öz həllini tapmalıdır. Digər məsələlər - texnologiyalar, insan kapitalının inkişafı, bank-maliyyə mədəniyyətinin inkişafı etdirilməsi ilə bağlıdır”, - deyə V.Qasımlı qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

11:21
09 İyun

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

11:07
09 İyun

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

10:51
09 İyun

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb

10:41
09 İyun

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

10:31
09 İyun

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir  

10:14
09 İyun

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:08
09 İyun

Dünya birjalarında neft ucuzlaşıb 

10:01
09 İyun

Azərbaycan nefti 100 dollardan baha satılır

09:53
09 İyun

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb 

09:41
09 İyun

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

09:19
09 İyun

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

09:13
09 İyun

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09:01
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!