02 Oktyabr 2022 01:22
620
İQTİSADİYYAT
A- A+

Turistləri heyran edəcək qədim yurdumuz

 

Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı şəkildə qurulması vacibdir. Qarabağın əsas turizm mərkəzlərindən biri də Şuşadır. Azərbaycan mədəniyyətinin incisi olan şəhərin tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək.

 

Şuşa turizm mərkəzinə çevrilməkdədir

 

Şuşanın əsas gəlir mənbəyi turizmdən olurdu. Bura həm də müalicə məqsədilə gəlirdilər. Şuşanın quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsizdir. O cümlədən şəhərin mərkəzinə yaxın Turşsu istirahət və müalicə zonası Şuşaya gələnlərin sevimli yeri idi. Bu da bədxah erməniləri həmişə qıcıqlandırırdı. Çünki Dağlıq Qarabağda mənzərəli yerlər çox olsa da, Şuşa öz qədimliyi və təmiz havası ilə keçmiş SSRİ-nin əsas turizm mərkəzlərindən biri hesab olunurdu. 
Şuşa qalası, Şuşa mağarası, şəhərin məhəllələri, Pənahəli xanın sarayı, Molla Pənah Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın evi, Bülbülün, Üzeyir bəy Hacıbəylinin ev-muzeyləri, eləcə də yüzlərlə tanınmış tarixi şəxsiyyətin vaxtilə yaşadığı evlər turizm üçün ən unikal məkanlardandır. Ermənistan işğal dövründə bunları dağıdıb, talan etdi. Lakin şəhərin əvvəlki məşhurluğunu qaytara bilmək üçün hazırda dövlət bu tarixi məkanları bərpa edir. Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı və onlarca başqa məscidlər dini turizm məkanları kimi istifadə edilə bilər. İnsanlar həm ibadətə gələr, həm də əsrlər öncə inşa edilmiş məscidləri ziyarət edərlər.

 

Qala şəhərimiz gözəl istirahət mərkəzi olacaq 

 

Təəssüflər olsun ki, erməni işğalı altında qalan digər şəhərlərimiz kimi, Şuşa, onun təbiəti də 30 ilə yaxın işğal dönəmində erməni vandalizminin dağıdıcı təsirinə məruz qalıb. Şəhərin tarixi, mədəniyyəti, infrastrukturu ilə yanaşı, onun təbiətinin də 30 illik işğal dönəmində böyük ürəkdağlayıcı zərbələr aldığı birmənalıdır. İndi bunlar öz əvvəlki formasına gətirilir. Şuşada Turşsu yaylaqları, İsa bulağı, Topxana meşəsi, Cıdır düzü və s. yerlər turizm üçün geniş perspektivlər vəd edir. Eyni zamanda mədəniyyət paytaxtımızın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Burada  istifadəyə  verilən hotellərdə qonaqların qalmaları və rahat istirahət etmələri üçün bütün zəruri infrastrukturlar yaradılır. Bu cür obyektlərin fəaliyyətə başlaması şəhərin turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayacaq. 

 

Quruculuq işləri sürətlə davam etdirilir

 

Qısa müddət ərzində Vaqifin məqbərəsi, büstü yenidən açıldı, Üzeyir bəy Hacıbəylinin abidəsi yenidən qoyuldu, onun dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev-muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalı da keçirildi. Bütün bu mədəni fəaliyyətin bərpasında Heydər Əliyev Fondunun xüsusi rolu var. Qısa müddət ərzində Şuşada "Qarabağ" və "Xarıbülbül" otelləri istifadəyə verildi. 
İşğaldan azad olunan kimi Qarabağda dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılması onu göstərir ki, yaxın bir neçə il ərzində bu bölgədə turizm inkişaf edəcək. Ümumilikdə 2025-ci ilə qədər işğaldan azad edilmiş ərazilərə bir milyona yaxın yerli və xarici turistin səfər edəcəyi proqnozlaşdırılır.

Elşən YƏHYAYEV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video