31 Avqust 2024 12:11
96
DÜNYA
A- A+

Tramp Harrisi qüsurlu və müsahibə verməyə yararsız adlandırıb

 

Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp seçki yarışında  əsas rəqibi olan vitse-prezident Kamala Harrisi qüsurlu və müsahibə vermək qabiliyyətinə malik olmayan şəxs hesab edir.
Tramp Vaşinqtonda gənclərin problemlərinə həsr olunmuş konfransda deyib: "Onun çox müsahibə verməməsinə təəccübləndim. Amma məncə, Harrisdə bu yaxşı alınmır. Ancaq düşünürəm ki, o, pis alınsa da, sadəcə müsahibələr versə, daha yaxşı olardı. Bu, daha yaxşı olardı, çünki indi insanlar izləyirlər. İndi də görürük ki, o, qüsurlu insandır. Bizim isə ABŞ prezidenti vəzifəsini icra edən daha bir qüsurlu insana ehtiyacım yoxdur, bizdə artıq belə bir insan var". 
Hazırda ABŞ prezidenti  demokrat Co Baydendir.
Tramp Harrisin avqustun 29-da yayımlanan CNN telekanalına müsahibəsini də şərh edib. Respublikaçıya görə, Harrisə suallar verən jurnalist “son dərəcə çevik” idi və həssas mövzulardan qaçırdı.
Tramp əmin olduğunu bildirib ki, Harris seçki yarışı zamanı bir çox məsələlərdə mövqeyini dəyişib və qismən respublikaçıların fikirləri ilə eyni olan bəzi fikirlər söyləməyə başlayıb. O, zarafatla ABŞ vitse-prezidentinə 2016-cı il seçki kampaniyasının əsas siyasi şüarı - MAGA ("Amerikanı yenidən möhtəşəm edək") yazılmış qırmızı papaq göndərməyi təklif edib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 
Baydenin Demokrat Partiyasını təmsil edəcəyi güman edilirdi, lakin Trampla iyun debatındakı uğursuz çıxışından sonra Demokratlar arasında Baydenin mübarizədən əl çəkməsi çağırışları daha da gücləndi. İyulun 21-də o, yarışdan çıxmaq qərarına gəldi və Harrisin ölkənin ən yüksək dövlət vəzifəsinə namizədliyini dəstəklədi. Harris, Minnesota qubernatoru Tim Uoltsu vitse-prezident postuna namizəd kimi seçib. Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülüb və vitse-prezidentliyə senator Devid Vensi seçib.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video