31 Mart 2022 01:23
1482
Oxucu məktubları
A- A+

Texniki qaydalar gözlənilməlidir

 

Sumqayıt respublikamızın ikinci böyük sənaye şəhəridir. Son illər şəhərimiz daha da inkişaf edib və burada insanların yaşaması, çalışması üçün hər şərait yaradılıb.

Şəhər, əsasən, mikrorayon və məhəllələrdən ibarətdir. Həmin yaşayış massivlərinin hər birində on minlərlə əhali yaşayır. Şəhərdə yeni tikilən hündürmərtəbəli binaların sayı da artmaqdadır. Hazırda bizim binanın yaxınlığında bir hündürmərtəbəli tikilir.

Bu günlər binanın yaxınlığından keçəndə minik maşınımın üstünə nəyinsə töküldüyünü gördüm. Bu, binanın fasadında suvaq işləri aparan işçilərin təhlükəsizlik qaydalarına riayət etməməsi nəticəsində aşağı tökülən yaş qum və sement qarışığı idi. İşçilərə iradımı bildirdim. Üzr istəyib bir də belə halın olmayacağını dedilər. Amma bir neçə gün sonra yenə də eyni mənzərə ilə üzləşdim. Görünür, belə hallarla qarşılaşmamaq üçün daha ciddi tədbirlər görmək lazımdır. Bu isə əlaqədar qurumların vəzifəsidir.

 

Ramiz İBRAHİMOV,

Sumqayıt şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video