30 Noyabr 2022 19:19
497
Təhsil
A- A+

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

 

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdən əvvəl elm və təhsil naziri Emin Əmrullayev, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülüb.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə 133 nəfər təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən 54 nəfər “Əməkdar müəllim” fəxri adına, 79 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.

Ümumilikdə 4500-dək təhsil işçisinin müstəqillik illərində dövlət təltiflərinə layiq görüldüyünü xatırladan nazir bu təltiflərin müəllim əməyinə verilən ən yüksək dəyər olduğunu diqqətə çatdırıb və təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təhsil işçiləri adından minnətdarlığını bildirib. Emin Əmrullayev Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiyası, bilik və bacarıqlarına görə müəllimlərin əməkhaqqının diferensiallaşması istiqamətində görülən işlərdən də danışıb.

Çıxışının sonunda nazir dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda təhsil işçilərinə dövlət təltifləri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video