27 Aprel 2022 00:30
1572
Oxucu məktubları

Təhlükə saçan işıq dirəkləri

 

Hörmətli redaksiya!

Sizə müraciət etməyimin səbəbi Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsindəki təhlükəli işıq dirəkləridir. Təhlükə də ondan ibarətdir ki, bu küçədəki işıq dirəklərində kabellərin üstü açıqdır.

Uzun müddətdən bəri davam edən bu təhlükəni ümid edirdim ki, aidiyyəti təşkilatlar aradan qaldırarlar. Təəssüf ki, yanılmışam. İşıq dirəkləri təhlükə yaratmaqda davam edir. Əgər vaxtında tədbir görülməsə, bu dirəklər böyük fəlakətlərə səbəb ola bilər. Onu da qeyd edim ki, belə işıq dirəklərinə qəsəbənin bir çox küçəsində rast gəlmək mümkündür.

 

İlham BABAYEV,

Bakı şəhəri Biləcəri qəsəbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video