26 Noyabr 2021 00:22
840
DÜNYA
A- A+

“Təhlükə hələ sovuşmayıb”

 

Ümumdünya Səhiyyə Təşkilatı növbəti dəfə dünya ölkələrinə xəbərdarlıq etdi

 

Avropada hazırkı epidemioloji tendensiyaların qorunub-saxlanması 2022-ci ilin yazında  yeni tipli koronavirusla bağlı yaranan fəsadlardan daha yarım milyon insanın  həyatına son qoya bilər. Bu barədə məlumat verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin icraçı direktoru Robb Batlerin dediyinə görə, ölüm hallarının sayı artıq 1,5 milyon rəqəmini aşıb: “Əgər biz əvvəlki xətti davam etdirsək, gələn ilin yazında daha 500 min ölüm proqnozlaşdıra bilərik”.

O, qeyd edib ki, ÜST-ün Avropa bölməsinin məsuliyyətinə aid 53 ölkənin əhalisinin yalnız 54 faizi peyvənd olunub. İndi region çətin qış mövsümünə hazırlaşmalıdır. Batler COVID-19 xəstəliyinin artmasının virusun qarşısında zəif olan çox sayda insanın olması və xüsusilə peyvənddən 30 həftə sonra əvvəllər aşılanmış əhali tərəfindən vaksinasiya nəticəsində əldə edilən immunitetin tədricən zəifləməsi ilə izah edib. Vəziyyətin pisləşməsi riski ilə bağlı digər amillər arasında qış mövsümü və insanların evlərdə, qapalı məkanlarda qalması da var.

ÜST-ün Avropa regionunun sakinlərinin yalnız 48 faizi  tibbi maskalar daşıyır, lakin əgər bu praktikanı genişləndirsək, xəstəliklərin və ölüm hallarının azaldılmasına nail olmaq mümkündür.

 Hesablamalara görə, maskalardan ümumi istifadə 95 faiz olsaydı, 160 min insan koronavirusdan xilas edilərdi. 

 

Uşaqların immunlaşdırılması

 

Mövcud statistikaya görə, 15 yaşına çatmamış uşaqlar  koronavirusdan ölənlərin yalnız 0,1 faizini, 15 yaşdan 24 yaşa qədər olan gənclər isə 0,4 faizini təşkil edirlər.

ÜST-ün bəyanatında bildirilir ki, COVID-19-un ağır formaları ilə bağlı əsas yükü daha yaşlı insanlar və xroniki xəstəlikləri olan adamlar daşıyırlar. Ümumilikdə, onlarla müqayisədə uşaqlarda və yeniyetmələrdə infeksiya əlamətləri və onun ağır fəsadları və ya ölümlə nəticələnməsi halları daha az müşahidə olunur.

 ÜST espertləri hesab edirlər ki, indiki mərhələdə uşaqları COVID-19-dan immunlaşdırma kampaniyasına başlamaq qərarını konkret vəziyyətə əsaslanaraq hər bir ölkənin hökuməti qəbul etməlidir.

 

Avropa yenə pandemiyanın episentridir

 

Ötən həftə COVID-19-a yoluxma hallarının 60 faizi Avropanın payına düşüb. Bu barədə İsveçrənin Cenevrə şəhərində keçirilən brifinqdə ÜST-ün Baş direktoru Tedros Gebreyesus məlumat verib. Onun sözlərinə görə, pandemiya üzərində tam qələbə haqda bu gün heç bir ölkə raport verə bilməz. Narahatlıq doğuran odur ki, çox ölkədə və icmalarda vaksinlərin xəstəliyin qarşısını tamamilə alacağı və peyvəndlənmiş insanların profilaktik tədbirlər görməsinin vacib olmadığı  ilə bağlı yanlış təhlükəsizlik hissi müşahidə olunur. Əgər siz peyvənd almısınızsa, xəstəliyi ağır keçiricəyiniz ehtimalı çox azdır, amma siz hələ də yoluxa və başqalarını yoluxdura bilərsiniz. Peyvəndlər həyatı xilas edir, lakin onlar infeksiyanın ötürülməsinin qarşısını tamamilə ala bilmir. 

Gebreyesus bildirib ki, mövcud məlumatlara görə, koronavirusun “Delta” variantının ortaya çıxmasından əvvəl vaksinlər xəstəliyin yayılmasını 60 faiz azaldırdı, indi isə bu göstərici 40 faizə düşüb: “Əgər peyvəndi alsanız, xəstəliyin ağır gedişi sizi daha az təhdid edər, lakin siz hələ də yoluxma və başqalarını yoluxdurma riski ilə qarşılaşırsınız”.

Sağalmış və peyvənd almış adamlarda əmələ gələn anticisimlər ilkin virusa qarşı effektiv olsa da, onun mutasiyalarına qarşı zəif hərəkət edirlər. Bu hal “İmmune Escape” - immun qaçışı adlanır. Bu, faktiki olaraq virusun insanın immun sistemi tərəfindən aşkar olunmasından qaçmaq qabiliyyətidir. Yekunda həm vaksin almış, həm də xəstəliyi keçirmiş adamlar yenidən yoluxa bilərlər.

ÜST-ün rəhbəri insanları infeksiyadan və infeksiyanın başqalarına ötürülməsindən qaçmağa kömək edən ehtiyat tədbirlərindən imtina etməməyə, maska taxmağa, əlləri yumağa, məsafə saxlamağa və adamların kütləvi toplaşdığı yerlərə getməməyə çağırıb.

Beləliklə, daha çox ehtimal olunur ki, təhlükəli mutasiyalar məhz virusun maneəsiz və sürətlə yayıla biləcəyi yerlərdə əmələ gəlir.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video