24 Yanvar 2022 15:54
648
Səhiyyə
A- A+

Tedros Gebreyesus: COVID-19 pandemiyası böhran mərhələsindədir

COVID-19 pandemiyası böhran mərhələsindədir, lakin bu kəskin dövrü başa çatdırmaq üçün dünyanın əlində vasitə var.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bugünkü brifinqdə bildirib.

O deyib: “COVID-19 pandemiyası artıq üçüncü ildir ki, davam edir və hazırda biz böhran mərhələsindəyik. Pandemiyanın bu kəskin dövrünü başa vurmaqdan ötrü birgə işləməliyik. Biz bu mərhələnin uzanmasına, çaxnaşma və ya etinasızlıq yaratmasına imkan verə bilmərik. Bu kəskin dövrə son qoymaq üçün əlimizdə bütün vasitələr var. Biz onlardan ədalətli və məntiqlə istifadə etməliyik”.

ÜST-nin Baş direktoru xatırladıb ki, vaksinlərin ədalətli bölüşdürülməsi üzrə COVAX proqramı çərçivəsində artıq 1 milyard doza vaksin tədarük edilib. Lakin bütün ölkələrdə vaksinlənmənin sürəti ideal tempdən hələ çox uzaqdır. Onun sözlərinə görə, 34 ölkə indiyədək öz əhalisinin 10 faizini belə peyvəndləyə bilməyib, 86 ölkədə isə əhalinin 40 faizdən az hissəsi vaksinləmədən keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video