28 Yanvar 2022 00:16
1164
Oxucu məktubları
A- A+

Təbiətin möcüzəsi olan kəndimiz yolsuzluğun əsiridir

 

Qubada anadan olmuşam. Sonralar taleyim məni başqa şəhərə aparsa da, yenidən  doğma yurda, Gültəpə kəndinə qayıtmışam. 30 ilə yaxındır uşaqlıq çağımın qayğısız anlarının dolaşdığı kəndimizdəki ata ocağında yaşayıram.

Kəndimiz təbiətinə görə Qubanın ən gözəl məkanlarından biridir. Dağın döşündə, meşənin içində, aşağıdan və yuxarıdan çayı olan kəndimiz bura gələnləri valeh edir.

Amma kəndin yolu bu gözəlliyə xələl gətirir. Dağətəyi olduğu üçün bizim tərəflərdə yağış tez-tez müşahidə edilir. Yollar torpaq olduğundan onun qurumağı bir qədər uzun çəkir. Bu hələ harasıdır, ardıcıl yağışlı günlərdə palçıq dizə çıxır.

Kəndimizə iki tərəfdən yol var. Hər ikisi yararsız vəziyyətdədir. Yayda yenə keçinmək mümkündür. Amma  yağıntılı aylarda hər iki yola ayaq basılası deyil. Hətta yağıntılı günlərdə kəndimizə maşınla da gedib-gəlmək olmur.

Əgər kəndimizin yolu yenidən çəkilərsə, bu həm də turizmin inkişafına müsbət təsir  göstərər. Meşənin içində yerləşən kəndimizdəki bulaqlar, çiçəklər, nadir ağaclar təbiətin möcüzəsidir. İndi bu möcüzəli kənd  yolsuzluğun əsiridir.

 

Səmayə QARAYEVA,

Quba rayonu Gültəpə kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video