26 May 2022 00:32
657
İQTİSADİYYAT
A- A+

Təbiət köməyə gəlir

 

Havaların yağmurlu keçməsi taxılçıların işinə yarayır

 

Səfalı təbiəti ilə seçilən Göygölün insanları işgüzardır. Yəqin elə bunun nəticəsidir ki, göygöllü fermerlər kənd təsərrüfatının bütün sahələri üzrə hər il yüksək göstəricilər əldə edirlər. Bununla həm özlərinin dolanışıqlarını təmin edirlər, həm də ölkəmizin aqrar sektorunun inkişafına töhfələr verirlər.

Götürək taxılçılığı. Rayon taxılçıları əvvəlki illərdən fərqli olaraq keçən il daha çox məhsul istehsalına nail oldular. Belə ki, 7125 hektar sahədən 22117 ton taxıl biçildi. Hər hektardan 31 sentner taxıl əldə edən təsərrüfat sahibləri məhsuldarlıq üzrə əvvəlki ilin göstəricisini arxada qoydular.

Taxılçılar bu il də bol taxıl yetişdirmək üçün bütün qüvvələrini səfərbərliyə almışlar. Şum və səpin işləri optimal müddətdə aparılmışdır. Fermerlər 7020 hektarda payızlıq səpin aparmışlar ki, onun da 4474 hektarı buğda, 2546 hektarı arpadır. Əkilmiş taxılın 2505 hektarı suvarılan, 4515 hektarı dəmyə əraziləridir.

Taxılçılıqda məhsuldarlığı yüksəltmək üçün fermerlər yemləmə gübrələrinin vaxtında verilməsini diqqət mərkəzində saxlayırlar. İndiyədək taxıl sahələrinə 77,7 ton ammonium nitrat, 487,3 ton karbamid gübrəsi verilmişdir. Bundan başqa, sahələri ziyanvericilərdən və müxtəlif xəstəliklərdən qorumaq üçün də tədbirlər görülür.

Qeyd etmək lazımdır ki, son vaxtlar havaların yağmurlu keçməsi rayon ərazisində suvarma suyuna olan tələbatı qismən təmin etmişdir. Əsasən, Gəncəçay və Qoşqarçay çaylarında suyun həcmi xeyli çoxalmışdır ki, bu da rayonda payızlıq taxıl əkinlərinin suvarılmasını xeyli yaxşılaşdırmışdır.

Hazırda rayonda taxılçılıqda zəngin təcrübə toplamış onlarla fermer var. Onlardan biri Taleh Hüseynovdur. Fermer keçən il 56 hektar sahədən 253 ton taxıl götürmüşdür. Hər hektardan məhsuldarlığı 45 sentnerə çatdıran Taleh bu göstərici ilə rayonda birinci olmuşdur. Amma o, tək deyil. Keçən il Altay Ələkbərov 189 hektardan 690, Fuad Zalov 195 hektardan 705,9, Rafail Mustafayev 103 hektardan 370 ton taxıl biçmişdir. Lakin fermerlər bunları son hədd hesab etmirlər.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video