Tahir Budaqov: Qadın sahibkarlarımız azad olunmuş ərazilərin bərpası işinə öz töhfələrini verəcəklər
Bu gün dövlətimizin əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması, Böyük Qayıdışın təmin edilməsidir. Həmin ərazilər minalardan təmizləndikcə məskunlaşma prosesi həyata keçiriləcək. Təbiidir ki, insanlarımız doğma torpaqlarına qayıtdıqca ən aktual, ən vacib məsələlərdən biri də onların iqtisadi fəallığının, iş yerləri ilə təmin edilməsidir. Bu proses ölkəmizin daha sürətli inkişafı üçün möhkəm zəmin yaratmış olacaq. Həmin iqtisadi rayonların iqtisadiyyatına, o cümlədən sosial infrastruktur layihələrinə böyük investisiyalar yatırılır. Dövlət büdcəsinin önəmli bir hissəsi bu ərazilərdə quruculuq işlərinin yerinə yetirilməsinə sərf olunur. Amma, eyni zamanda, bu prosesdə xarici ölkələrin də şirkətləri artıq iştirak edirlər. Xüsusilə qardaş Türkiyənin şirkətləri həmin ərazilərdə fəal çalışır. Bununla belə, bu prosesə yerli sahibkarlarımızın da aktiv qoşulması çox önəmli bir məsələdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında ifadə edib.
Tahir Budaqov qeyd edib ki, 2020-ci il Azərbaycan dövlətinin və xalqının çoxəsrlik tarixinə əlamətdar il kimi daxil oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu hadisə Azərbaycanın çoxəsrlik tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Şanlı Qələbəmiz təkcə tarixi ədalətin bərpası və Azərbaycanın haqlı mübarizəsinin kulminasiya nöqtəsi deyil. Qələbə nəticəsində regionda yeni reallıqlar yarandı və Azərbaycanın regionda onsuz da böyük olan rolunun bundan sonra daha da artması üçün yeni imkanlar formalaşdı.
YAP Sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın iqtisadi rayonlarının bölgüsünə yenidən baxıldı və işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu rayonlar ciddi iqtisadi potensiala malikdir. Təbii ki, həmin iqtisadi rayonların imkanlarından səmərəli istifadə və onların potensialının ölkənin ümumi potensialına inteqrasiyası Azərbaycanın bundan sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. İndi həmin ərazilərdə bərpa prosesi ən müasir tələblərə cavab verən səviyyədə, müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qısa müddət ərzində nəhəng infrastruktur layihələri artıq reallaşdırılıb və hal-hazırda da bu istiqamətdə işlər davam edir.
“Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda keçirdiyimiz konfransın da əsas mahiyyəti odur ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda, həmin bölgənin sosial-iqtisadi inkişafında qadın sahibkarların iştirakını təşviq edək. Düşünürəm ki, bu konfransda dövlət orqanlarının nümayəndələri tərəfindən verilən məlumatlar, aparılan müzakirələr nəticəsində qadın sahibkarlarımızda azad edilmiş ərazilərimizin bərpası işi ilə bağlı aydın təsəvvür formalaşacaq və onlar bu prosesdə yaxından iştirak edəcəklər. Hesab edirəm ki, qadın sahibkarlarımız azad olunmuş ərazilərin bərpası işinə öz töhfələrini verəcəklər”, - deyə Tahir Budaqov diqqətə çatdırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
F.Ə.Əlizadənin"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında...
28 May
AĞDAMIN YENİ İNTİBAHI
28 May
Müstəqil siyasətin tarixi nailiyyətləri
28 May
Təbii resurslarımız ölkənin inkişafına, xalqın rifahına xidmət edir
28 May
Cümhuriyyət ideyalarına sadiqliyin nümunəsi
28 May
Məqsədi Azərbaycanın səadəti olanların yetmiş il sonra reallığa çevrilən arzuları
28 May
28 May Müstəqillik Günü qeyd olunmuşdur
28 May
Gəncə Dövlət Universitetində Məzun günü keçirilmişdir
28 May
Uzun yolun yolçusu
28 May
Cümhuriyyət qurucuları
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!