09 Avqust 2022 18:34
434
İDMAN
A- A+

Taekvondoçumuz İslamiadada bürünc medal qazanıb

 

Taekvondo üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarda mübarizəyə başlayıb. Yarışın ilk günü komandamız üçün uğurlu alınıb.

AZƏRTAC xəbər verir ki, millimizin taekvondoçusu Qaşım Maqomedov İslamiadada çıxışını bürünc medalla başa vurub. Belə ki, 58 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz startda Birləşmiş Ərəb Əmirliklərinin idmançısı Muşari Məhəmmədə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. O, ikinci qarşılaşmasında pakistanlı Xan Harunla üz-üzə gəlib. Gərgin keçən döyüşdə Q.Maqomedov 2:1 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda İran idmançısı Lotfi Hosseinlə qarşılaşan təmsilçimiz məğlub olaraq, bürünc medalla kifayətlənib. Bu, taekvondo komandamızın aktivinə yazılan ilk mükafat olub.

Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq) dörddəbir, Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə səkkizdəbir finalda mübarizəni dayandırıblar.

Qeyd edək ki, İslamiadada taekvondo yarışları dörd gün keçiriləcək və avqustun 12-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video