19 Iyun 2022 00:38
713
Elm və texnika
A- A+

Suya atılan "bombalar"

 

Müasir dövrdə insanların işdə, evdə, habelə digər yerlərdə istifadə etdikləri çay paketlərinin maraqlı tarixi və inkişaf yolu var. İlk müasir çay paketləri əllə tikilmiş ipək parçadan olub. 1904-cü ildə ortaya çıxan çay paketləri Nyu Yorkda çay və qəhvə idxalçısı olan Tomas Sullivan tərəfindən uğurla satılmağa başlanıb. Ehtimal edilir ki, çay paketini Sullivan təsadüfən icad edib.

Həmin vaxtadək ənənəvi çaylar böyük qablarda satılırmış, lakin Sullivan kiçik qablaşdırmadan istifadə etməyin daha sərfəli olacağını düşünüb və beləliklə, onun hazırladığı çaylar dəmləmək üçün əlverişli olduğundan alıcılar arasında qısa müddətdə populyarlaşıb. İpək qablaşdırma nisbətən baha olduğundan sonradan daha ucuz material ilə əvəz olunub və hər paketdə çayın miqdarı bir qədər endirilib.

Birinci Dünya müharibəsi illərində cəbhədə çay paketləri əsgərlər üçün çox əlverişli vasitə olub. Lakin bu cür dəmləmə üsulundan daha öncələrdə də istifadə olunub. Elena Molokhovetsin 1901-ci ildə nəşr olunan məşhur kulinariya kitabındakı reseptlərdən birində çay dəmləmək üçün əvvəlcə samora parçası vasitəsilə bükülüb, sonra suya salınaraq dəmlənib çıxarılması üsulundan bəhs edilir.

Sullivanın çay paketlərinin populyarlaşdırdığı dövrdə bir çox istehsalçılar çay paketləri üçün sellofan və perforasiya edilmiş kağız və s. kimi müxtəlif materiallarla təcrübə aparmağa başlayıblar. Nəticədə kağız lifinə üstünlük verilib və ondan çay paketi materialı kimi istifadə məqsədəuyğun hesab edilib.

Müasir çay paketlərini Almaniyanın "Teekanne" şirkətinin mühəndisi Adolf Rumbold icad edib. Rumbold həm də bir neçə çayqablaşdırma maşınının ixtiraçısıdır. Onun 1949-cu ildə ixtira etdiyi "Constanta" qablaşdırma maşını 1 dəfəyə 160 paket hazırlaya bilirmiş. Əllə tikilmiş paketlərin maşınla tikilmiş paketlərlə əvəz olunması artıq bütün şirkətlər üçün zərurətə çevrilib. 1944-cü ildə"torba" formasında olanlar hazırda istifadə olunan düzbucaqlı çay paketləri ilə əvəz edilib.

1952-ci ildə "Lipton Tea" şirkəti kiçik çay fincanlarında deyil, iri fincanlarda dəmlənmə üçün nəzərdə tutulan, iplə kağıza bağlanmış çay paketlərini nümayiş etdirib. Bu çay paketində inqilab sayılacaq dəyişiklik sayılıb. Çay paketlərinə fərqli formalar verilməsi yönündə piramida ideyası isə Böyük Britaniya şirkəti olan "Brooke Bond"a məxsusdur. Piramida formalı paketlər düz paketlərdən 50 faiz daha çox çay tutumuna malikdir və daha yaxşı dəmlənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video