Şuşada “İlk yardım” üzrə təlimlər keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2022-ci il avqustun 8-də Azərbaycan Skautlar Assosiasiyasının Şuşa şəhərində ilk düşərgəsi fəaliyyətə başlayıb.
AZƏRTAC Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, düşərgə çərçivəsində Azərbaycanla yanaşı Türkiyə, Moldova, Macarıstan, Gürcüstan, Ukrayna və digər ölkələrdən olan 150-dən çox iştirakçı humanitar fəaliyyət, axtarış və xilasetmə, münaqişələrsonrası bərpa və müasir şəhər planlaşdırılması mövzularında çoxsaylı təlimlərə qatılaraq bu sahələrdə bilik və bacarıqlarını genişləndirib.
Axtarış və xilasetmə proqramı çərçivəsində İSİM və "Uptodate İn Medicine" AHA Beynəlxalq Təlim Mərkəzinin təlimçiləri tərəfindən 150 skaut üçün ümumi ilk yardım, ürək-ağciyər reanimasiyası, defibrilyatordan istifadə və travmalarda xəstəxanayaqədər ilk yardım təlimləri keçirilib. Təlimlərdə xüsusi təyinatlı qüvvələrin hərbi travmalarda ilk yardım üzrə mütəxəssisləri də iştirak edərək öz təcrübələrini paylaşıb.
Bütün təlimlər Amerika Ürək Assosiasiyası və Beynəlxalq Travmada Həyata Dəstək təşkilatının metodologiyası və təlimatlarına əsasən aparılıb və təlimlərin nəzəri və praktik hissələrini uğurla başa vuran, eyni zamanda yazılı imtahanı ən azı 84 faiz balla tamamlayan iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!