28 Yanvar 2022 00:16
1157
Oxucu məktubları
A- A+

Sürücülər “sarı jiletli”lərin əlində qalıb

 

Bakı küçələrində demək olar ki, addımbaşı rastlaşdığımız “sarı jiletli”lər yəqin ki, hər kəsin diqqətini cəlb edib. Əvvəla rəngi, sonra da “xidməti” ilə. Onların “xidməti” isə əksər sürücülərin yaralı yeridir.

Küçələrdə parklanmanı guya tənzimləyən bu adamların sayəsində bəzən bir sırayla kifayətlənməyib, ikinci sıra maşın saxlayanlara, hətta piyada səkilərində  avtomobili park edənlərə rast gəlmək mümkündür. Bu da piyadaların haqlı narazılığına, bəzən “sarı jiletli”lərlə mübahisələrinə gətirib çıxarır. Maşını saxlamağa yer axtaranda tapılmayan “sarı jiletli”lər sürücü dayandığı ərazidən çıxmaq istəyəndə avtomobilin yanında peyda olurlar. Heç bir qəbz təqdim etməyən bu şəxslər avtomobilin zədə almasına, Bakı Nəqliyyat Agentliyinin cərimə yazmasına cavabdehlik daşımadıqlarını bildirir və qəribədir ki, onlara ödənilən məbləğlə - qəpiklə kifayətlənmirlər. Hətta elələri də var ki, avtomobili park edəndə başının üstünü alıb neçə saata çıxacağını soruşur, ödənişi əvvəlcədən etməyi tələb edirlər. Ödənişin məbləği isə saata görə dəyişir.

Düzdür, şəhərimizdə müasir tipli dayanacaqlar var. Amma görünən odur ki, bu dayanacaqlar kifayət etmir, sürücülərin tələbatını ödəmir. Elə bunun nəticəsidir ki, “sarı jiletli”lər küçələrdə parklanmanı tam nəzarətə götürüblər.

 

Rafiq DADAŞOV,

Bakı sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video