01 Oktyabr 2022 01:54
293
SİYASƏT
A- A+

Sürixdə Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib

 

Ermənistanın "Armenpress" agentliyi EANA-ya üzv qəbul edilmədi 

 

İsveçrənin Sürix şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti baş assambleyası keçirilib. Toplantıda 2008-ci ildən alyansın üzvü olan AZƏRTAC da iştirak edib. 
Alyansın prezidenti, Avstriyanın "APA" Agentliyinin rəhbəri Klemens Piq gündəlikdəki məsələləri müzakirəyə çıxararaq qeyd edib ki, alyans üzv agentliklər üçün daha faydalı olmaq, qurumda təcrübə mübadiləsini genişləndirmək istiqamətində layihələrini davam etdirəcək. 
Assambleya çərçivəsində qurumun idarəedici orqanına seçkilər keçirilib. Böyük Britaniyanın "Press Association" (PA) Agentliyinin icraçı direktoru Klayv Marşalın alyansın büro üzvü kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onun yerinə İtaliyanın "ANSA" Agentliyinin baş direktoru Stefano de Alessandrinin namizədliyi səsə qoyularaq qəbul olunub.
Həmçinin təşkilatın Mükəmməllik mükafatının qaliblərinə - İspaniyanın EFE və Böyük Britaniyanın PA agentliklərinə diplomlar təqdim edilib. 
Baş assambleyada EANA-ya üzvlük üçün müraciət edən bir neçə ölkənin milli informasiya agentliyinin namizədliyi səsverməyə çıxarılıb. Səsvermənin nəticələrinə əsasən, Ermənistanın "Armenpress" agentliyinin namizədliyi qəbul edilməyib. "KosovoPress" Agentliyi səs çoxluğu ilə EANA-nın üzvü seçilib. 
Alyansın növbəti toplantılarının Brüssel, Paris və Lissabon şəhərlərində keçirilməsi qərara alınıb. Eyni zamanda "Anadolu" Agentliyi növbəti baş assambleyalardan birinin Türkiyədə təşkil olunmasını təklif edib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video