10 Avqust 2022 15:35
212
İQTİSADİYYAT

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Google” xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlayıb

 

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərimizlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xəritələrin yenilənməsində və 3D xəritənin hazırlanmasında “LİDAR” cihazından istifadə olunur. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir.

Qeyd edək ki, “4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının 1,5 hektarlıq ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” və “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi xəritələrlə bağlı coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə, həmçinin proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Azərbaycanda Şərqi Avropa, Gürcüstan, MDB və Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) fəaliyyət göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video