19 Noyabr 2022 00:33
506
Təhsil
A- A+

Sumqayıt Dövlət Universitetinin 60 illiyinə həsr olunan elmi konfrans keçirilib

 

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Sumqayıtdakı abidəsini ziyarət ediblər. Sonra Sumqayıt Şəhidlər xiyabanı və şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirəsini əbədiləşdirmək üçün SDU-nun həyətində qoyulan abidə kompleks ziyarət olunub.
Onlayn formatda keçirilən konfransa Azərbaycan universitetlərinin nümayəndələri ilə yanaşı, dünyanın bir çox ölkəsindən, o cümlədən Türkiyədən və Rusiyadan alimlər qatılıblar.
Konfransı giriş sözü ilə SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər milli təhsil sisteminin inkişafı, müasirləşdirilməsi, təhsil işçilərinin cəmiyyətdəki layiqli yeri və mövqeyinin möhkəmləndirilməsi, həmçinin sosial müdafiəsinin etibarlı təminatı sahələrində mühüm tədbirlər həyata keçirilib. Bu gün Azərbaycanda həyatımızın bütün sahələrində, o cümlədən təhsildə sürətli dəyişikliklər baş verir. 
Sonra o, "Elm, təhsil və tərbiyənin vəhdətliyi probleminə linqvodidaktik baxış" adlı məruzə ilə çıxış edərək SDU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri, universitetdə həyata keçirilən beynəlxalq proqramlar, layihələr barədə məlumat verib. 

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video