"Subartezian quyusunun qazılmasına başlanmışdır"
Şəmkir rayonunun Yeni yol kənd sakini Vəliyev Polad Sabir oğlu tərəfindən "Azərbaycan" qəzetinin redaksiyasına daxil olmuş müraciətə baxılmışdır.
Vəliyev Polad Sabir oğlu müraciətində kənddə əkin sahələrinin suvarılmasında olan çətinliyin aradan qaldırılması üçün qazıntısı yarımçıq qalan subartezian quyusunun qazılmasına köməklik göstərilməsini xahiş etmişdir.
Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 07 iyul tarixli 2741 nömrəli sərəncamına uyğun olaraq, Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən Yeni yol kəndində əkin sahələrinin suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılmasına başlanmışdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəmkir Suvarma Sistemləri İdarəsinin sorğumuza cavabında həmin subartezian quyusunda son tamamlama işləri aparıldıqdan sonra kənd sakinlərinin istifadəsinə veriləcəyi göstərilmişdir.
Süleyman ZEYNALLI,
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur
20 Aprel
Azərbaycan neftinin qiyməti artıb
20 Aprel
Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır ...
20 Aprel
Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa ...
20 Aprel
Dünya birjalarında neft bahalaşıb
20 Aprel
Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə ça...
20 Aprel
Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib ...
20 Aprel
Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib ...
20 Aprel
Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb
20 Aprel
Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb...
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!