27 Aprel 2022 00:28
1419
Oxucu məktubları

"Subartezian quyusunun qazılması məsələsinə baxılacaq"

 

Şəmkir rayonunun Qədimqala kənd sakini Murad Aslanlı tərəfindən kəndin su problemi barədə "Azərbaycan" qəzetinin redaksiyasına daxil olmuş müraciətə baxılmışdır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəmkir Suvarma Sistemləri İdarəsi tərəfindən sorğumuza cavab olaraq göndərilən 11 mart 2022-ci il tarixli məktuba əsasən, Qədimqala kəndinə suvarma suyu mənbəyini Şəmkirçay Su Anbarından götürən 13,8 kilometrlik "Nadirşah" arx kanalı, 6,5 kilometrlik "Muxtariyyə" kanalı və kənddə mövcud olan 15 subartezian quyusu vasitəsilə verilir. Məktubda həmçinin 2021-ci ildən havaların isti və quraq keçməsinə baxmayaraq, suvarma suyunun əhaliyə qrafik əsasında verilərək kənd sakinlərinin tələbatının təmin edildiyi və kənd sakinlərinin öz vəsaitləri hesabına qazmış olduqları subartezian quyusunun balansa götürülməsinin Şəmkir Suvarma Sistemləri İdarəsinin imkanı xaricində olduğu bildirilmişdir.

Nəzərinizə çatdırırıq ki, növbəti illərdə dövlət büdcəsi əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Şəmkir rayonunda su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması nəzərdə tutularsa, Qədimqala kəndi ərazisində subartezian quyusunun qazılması məsələsinə baxılacaqdır.

Müraciət müəllifinə və kənd sakinlərinə bu barədə müvafiq izahat verilmişdir.

 

Aynur ABDULLAYEVA,

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video