Su və kanalizasiya problemimiz var
Biz - Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 16-cı döngənin sakinləri 20 ildən çoxdur ki, burada yaşayırıq. Qaz, elektrik, telefon xətləri dövlət standartlarına uyğun şəkildə çəkilib. Ancaq su və kanalizasiya sarıdan problemlərimiz hələ də qalır.
Öz hesabımıza çəkilən su xətti standartlara uyğun olmadığından tez-tez ciddi problemlər yaradır. 76 mm-lik köhnə boru ilə çəkilmiş xətt tez-tez partlayır, evlərimizin təməlinə axır, üstəlik, bu zaman evlərə su gəlmədiyindən susuz qalırıq.
Ötən il çoxsaylı müraciətlərdən sonra Binəqədi Rayon Su-Kanal İdarəsi tərəfindən tamam yararsız olan su xəttinin 80 metri plastik boru ilə əvəzləndi. Ancaq problem yenə də qalır. Xüsusən yay gələn kimi köhnə xəttin borusu partlayır.
Problemlərimizdən biri də kanalizasiya xəttinin dözülməz olmasıdır. Hazırda 16-17-ci küçələrin qovşağındakı kanalizasiya xəttinin 25-30 metr hissəsi çöküb. Bu səbəbdən tez-tez daşır və ətrafı üfunət bürüyür. Hətta elə olur ki, çirkli su həyətlərə dolur, xüsusən yayın istisində nəfəs almaq mümkün olmur.
İdarənin rəhbərliyi bu il üçün köhnəlmiş xəttin heç olmasa bir hissəsinin plastik boru ilə əvəzlənəcəyinə söz versə də, hələ xəbər yoxdur. Eşitmişik ki, yaxın günlərdə küçəmiz asfaltlanacaq. Yaxşı olar ki, bundan əvvəl ərazinin su və kanalizasiya xətlərindəki problem aradan qaldırılsın. Əks halda, yağışdan çıxıb yağmura düşərik.
E.İMAMƏLİYEV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Düzgün nəfəs almaq ömrü uzadır
23 Aprel
Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub
23 Aprel
Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir
23 Aprel
Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas
23 Aprel
Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb...
23 Aprel
ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb
23 Aprel
ABŞ tənəzzüldədir
23 Aprel
Öz dilinə tərcümə olunan şair
23 Aprel
Tarixə şahidlik edəcək abidələrimiz
23 Aprel
Zamanın fövqündə dayanan ədəbi irs
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!