27 Noyabr 2022 01:32
691
Oxucu məktubları
A- A+

Su problemimiz həll edilmir

 

Hacıməlik qəsəbəsi rayon mərkəzindən o qədər də uzaqda yerləşmir. Son illər digər yaşayış məntəqələri kimi, bizim qəsəbədə də bir sıra infrastruktur layihələri həyata keçirilmiş, insanların həyat şəraiti yaxşılaşmışdır. 
Qəsəbəmiz Bakı-Qazax magistral yolunun üstündə yerləşdiyindən yol problemimiz də yoxdur. Sakinlər bir neçə ildir salınmış yeni asfalt yolla rayon mərkəzinə, eləcə də başqa ərazilərə rahat gedib-gələ bilirlər.
Amma bu məktubu yazmaqda məqsədimiz qəsəbəmizi tərifləmək yox, buradakı bir çatışmazlığı diqqətinizə çatdırmaqdır. Bu, içməli su problemidir. Artıq bir neçə ildir ki, qəsəbə sakinləri min bir əziyyətlə kənar ərazilərdən içməli su gətirməklə ehtiyaclarını ödəyirlər. Axar suyumuz da yoxdur ki, daşdan süzüb istifadə edək. 
Bu barədə qəsəbə bələdiyyəsinə, rayon icra hakimiyyətinə, hətta "Azərsu" ASC-yə müraciət etsək də, problemimiz həll olunmur. 
Son ümid yerimiz sizsiniz. Bəlkə problemimiz ictimailəşdikdən sonra dərdimizə çarə qılan tapıla. 

Göygöl rayonu, Hacıməlik qəsəbəsinin bir qrup sakini 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video