28 Yanvar 2022 00:15
1043
Oxucu məktubları
A- A+

Soyuqda kitabxanaya gələn yoxdur

 

İlk baxışdan binanın önündə yazılmış “Qızılhacılı qəsəbə modern kitabxana və mədəniyyət mərkəzi” yazısı bizi özünə cəlb etdi. İçəri daxil olduq. Hiss olunurdu ki, ikimərtəbəli bu bina sovetlər dönəmində inşa edilib.

Birinci mərtəbədə heç bir səs-səmir olmadığından ikinci mərtəbəyə qalxdıq. Burada kitabxana yerləşirdi. Bizi kitabxananın müdiri Tamaşa Aslanova qarşıladı. Soyuqdan tir-tir əsən müdirin danışmağa halı yox idi. Yanında dayanmış bir qız da söhbətimizə qoşuldu.

- Görürsünüz də günümüzü. Buna baxmayaraq hər gün kitabxananı açırıq ki, oxucularımız azalmasın. Ancaq heç kim gəlmir. Bir də ki, bu soyuqda kim gələr?

Söhbət zamanı öyrəndik ki, kitabxananın 300 nəfərdən çox oxucusu var. Lakin onların qış mövsümündə bura gəlib kitab götürmələri müşkül məsələyə çevrilir. Kitabxana müdiri Tamaşa Aslanova dedi ki, bu vəziyyət uzun illərdir davam edir: “Yayda istidən, qışda soyuqdan əziyyət çəkirik. Vəziyyəti Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Gündüz Hacıyev də bilir. Hər dəfə yanına gedib kömək istəyəndə deyir ki, gözləyin. Bilmirəm nə vaxta kimi gözləməliyik”. 

Kitabxanadan çıxanda bir daha çevrilib binanın qarşısındakı yazını oxuduq. Goranboy rayonu “Qızılhacılı qəsəbə modern kitabxana və mədəniyyət mərkəzi”. İndi sual olunur: bunun nəyi modern oldu?

 

S.ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video