28 Noyabr 2021 00:16
802
CƏMİYYƏT
A- A+

Soğanın qiyməti siyasi proseslərə təsir göstərib

 

Yaponiya dünyada soğanın ən baha qiymətə satıldığı ölkədir. Bu ölkədə soğanın 1 kiloqramına 2,79 dollar verirlər. Lüksemburq, daha sonra isə Norveç və Cənubi Koreyada da soğan baha qiymətə satılır.

Soğanın qiyməti bəzən siyasi proseslərə də təsir edir. Soğanın qiymətinin artması ilə bağlı məlumatların xarici,  xüsusilə Hindistan qəzetlərinin ön səhifəsinə çıxması artıq hər hansı  problemin gözlənildiyini deməyə əsas verir. 2014-cü ildə Hindistanın Baş naziri olan Narendra Modi ölkə daxilində soğanın daxili qiymətlərinin artacağından ehtiyatlanaraq soğanın idxal və ixracına ciddi nəzarət edib. Hindistanın aparıcı iqtisadçıları da təsdiqləyirlər ki, soğanın qiymətlərindəki ara-sıra baş verən artımlar ölkədəki seçkilərə təsir göstərir.

Soğanla bağlı digər əlamətdar hadisə 1998-ci ildə olub. Analitiklər Dehli seçkilərində hakim Bharatiya Janata Partiyasının (BJP) məğlubiyyətini soğanın qiymətinin bahalaşması ilə əlaqələndiriblər.

Soğanın belə siyasi çəkisini bu tərəvəzin demək olar ki, hər bir hind evinin həyatının ayrılmaz hissəsi olması ilə bağlayırlar. Soğan bütün hind yeməklərində istifadə edilir. Bir neçə yemək istisna olmaqla, heç bir hind yeməyi soğansız tamamlanmır. Bu o deməkdir ki, onun qiymətindəki dalğalanmaları hər bir adi hind vətəndaşı hiss edir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video