Siyəzənin dağ kəndlərində taxıl biçini yekunlaşıb
Siyəzəndə taxıl biçini yekunlaşıb. Rayon üzrə ümumi əkin sahəsinin 5648 hektarında payızlıq buğda və arpa səpini aparılmışdır.
Buğda əkilən 2779 hektarın 514 hektarı suvarılan, qalanı dəmyə olmuşdur. 2869 hektara səpilmiş arpa toxumununsa 1376 hektarı dəmyə torpaqlarının payına düşmüşdür. Ötən təsərrüfat ilinə nisbətən buğda sahəsi 559 hektar azalmış, arpa sahəsi 44 hektar artmışdır.
Dağ kəndi Sədanda da taxıl biçini yekunlaşmışdır. Əkin sahələrinin çoxu dəmyə olduğu üçün taxıl gec yetişdiyindən gec də biçilir. Kənd sakini İsmayıl Muradzadə bildirir ki, mayın sonlarında yağan yağışlar becərməyə bir qədər mane olsa da, sonda məhsul bol oldu: "Düzdür, biçin zamanı torpaq nəmli olduğundan kombaynlar sahəyə günortadan sonra çıxırdı. Amma şükür ki, biçini itkisiz başa çatdırdıq". İ.Muradzadənin bu şükrü boş yerdən deyildi. Bir neçə il əvvəl qonşu kənddə taxıl sahəsində baş verən yanğın neçə nəfərin zəhmətini külə çevirmişdi.
Cari mövsüm hər hektardan 20,6 sentnerə yaxın arpa biçən kənd sakinləri onu, əsasən, heyvandarlığa sərf edirlər. Sədanlılar əlavə olaraq 30 hektara yaxın sahədə qarğıdalı da becərirlər. O da, əsasən, mal-qaraya verilir. Buğda isə yaxınlıqdakı dəyirmana göndərilir. Daşqın Məmmədov bildirir ki, kəndlinin təknəsi çörəkli olanda, demək qışın qorxusu yoxdur: "Maşallah, kənddə hamının çörəyi var. Hətta il boyu qonşu kəndlərə tonlarla buğda satırıq. Paytaxtda və Sumqayıtda keçirilən yarmarkalardan da qalmırıq".
Ümumiyyətlə, sədanlılar pay torpaqlarından səmərəli istifadə edirlər. Sədan kəndinin sahibkarlarına dövlət tərəfindən güzəştli qiymətlə gübrə, taxıl əkilən hər hektara görə subsidiya verilir. Şaiq Bayramov, Araz Bağırov, Məmməd Qasımov, Elmar Cəbiyev, Şaban Qəribli dövlətin dəstəyindən yetərincə razı qaldıqlarını bildirirlər.
Sədanlı fermerlər hazırda biçin yekunlaşmış sahələrdə şumlama ilə məşğuldurlar. Kənddə hamı yaxşı bilir ki, vaxtında çəkilən zəhmət gələcəyin məhsul bolluğu deməkdir.
Akif ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir
23 Aprel
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb
23 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı...
23 Aprel
Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
23 Aprel
Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb
23 Aprel
Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa ...
23 Aprel
Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib...
23 Aprel
Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişl...
23 Aprel
Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac...
23 Aprel
Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töh...
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!