05 Dekabr 2021 00:44
11979
Oxucu məktubları
A- A+

Səyyar mədəni tədbirlər ənənəsini bərpa etmək lazımdır

 

Bir vaxtlar Azərbaycanda səyyar mədəniyyət və incəsənət tədbirləri keçirilərdi. Mədəniyyət Nazirliyinin xətti ilə keçirilən həmin tədbirlər zamanı tanınmış müğənnilər, teatr və kino aktyorları qrup halında nəinki şəhər və rayon mərkəzlərində, hətta ən ucqar kəndlərdə, tarlalarda konsert və tamaşalar göstərərdilər.

Məqsəd o idi ki, paytaxtda nümayiş olunan tamaşalara rayon camaatı da baxa bilsin. İlin bütün fəsillərində açıq havada və kənd klublarında keçirilən səyyar tamaşalardan və konsertlərdən insanlar xüsusi zövq alırdılar. Yaşlı adamlar maraqla söyləyirlər ki, indi həyatdan köçmüş korifey sənətkarları səyyar tədbirlərdə yaxından görüblər. Hətta onlarla həmsöhbət olanları, şəkil çəkdirənləri də az olmayıb.

Bu kimi mədəni tədbirlərdən indi yalnız kütləvi informasiya vasitələrindən xəbər tutan kənd ziyalıları hesab edirlər ki, həmin ənənəni bərpa etmək lazımdır. Bu cür canlı tədbirlər həm də gənclərin boş vaxtlarının mənalı keçməsinə səbəb ola bilər.

 

Salman HƏSƏNOV,

Şəmkir rayonu

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video