11 Yanvar 2023 19:08
769
PARLAMENT
A- A+

Səudiyyə Ərəbistanı parlamentinin nümayəndələri Milli Məclisdə olublar

 

Yanvarın 11-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım qarşılıqlı səfərlərin və görüşlərin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib. Deputat ölkələrimiz və xalqlarımız arasında ortaq mənəvi dəyərlərə söykənən dostluq, qardaşlıq münasibətlərinin olduğunu bildirib.

O, dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi rolundan danışaraq, hər iki ölkənin parlamentlərindəki dostluq qrupları arasında sıx əlaqələrin olduğunu deyib. Parlamentlərin müvafiq komitələri arasında da əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. F.Yıldırım Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb. Hazırda bu ərazilərdə bərpa və yenidənqurma işlərinin uğurla həyata keçirildiyi diqqətə çatdırılıb.

Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əl-Şehri xalqlarımız arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirib. O, parlament nümayəndə heyətləri arasında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Səudiyyə nümayəndə heyətinin üzvləri çıxışlarında iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildiriblər. Qonaqlar turizm, energetika, neft-qaz, bərpaolunan enerji, investisiya sahələrində əlaqələrin inkişafının əhəmiyyətini qeyd ediblər. Habelə təhsil, elm sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb. Səudiyyə Ərəbistanında qadınların ictimai-siyasi həyatda fəal iştirak etdiyi diqqətə çatdırılıb.

Parlamentlərarası əlaqələrə də toxunan səudiyyəli parlamentarilər dostluq qrupları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Hər iki ölkənin parlamentindəki müvafiq komitələr arasında əlaqələrin qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatları - Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əhliman Əmiraslanov, Anar İsgəndərov, Aydın Mirzəzadə, Anar Məmmədov, Ceyhun Məmmədov və Könül Nurullayeva çıxışlarında parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, Səudiyyə Ərəbistanının müxtəlif platformalarda ölkəmizin mövqeyini dəstəklədiyini qeyd ediblər. Eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyi bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video