18 Yanvar 2022 14:29
393
İQTİSADİYYAT
A- A+

Səttar Möhbalıyev: "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının ölkəmiz üçün faydaları böyük olacaq

 

Bu gün ölkəmizdə “Yaşıl enerji” strategiyasına keçid prosesi uğurla icra edilir və genişmiqyaslı xarakter daşıyır. Bu istiqamətdə artıq bir sıra iri layihələr yekunlaşdırılıb və ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji əhəmiyyətli rol oynamaqdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə də bu istiqamətdə xeyli iş görülməkdədir. Həmin ərazilərdə günəş və külək enerjisindən geniş istifadə olunması nəzərdə tutulub. Bu layihələr Şərqi Zəngəzurun və Qarabağın enerji təchizatında kifayət qədər əhəmiyyətli rol oynayacaq və bölgənin ekoloji sağlamlığına təkan verəcək. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən təməli qoyulan 240 meqavat gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ölkəmizdə ən böyük bərpaolunan elektrik enerjisi stansiyası olaraq, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımdır. Layihə, eyni zamanda, məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların hazırlanmasında, təbii qaza qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Həmçinin dünyanın tanınmış şirkətlərinin Azərbaycanda böyük vəsait tələb edən iri layihələr icra etməsi ölkəmizdə bərqərar olan iqtisadi sabitliyi, əlverişli investisiya mühitini göstərir.

“Təməlqoyma mərasimində çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əməkdaşlıqdan bəhs etdi. Həqiqətən də iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir. Səudiyyə Ərəbistanı ölkəmizin haqq işini bütün müstəvilərdə hər zaman müdafiə edib, hətta işğal siyasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb. Həm işğal dövründə, həm də müharibə gedən vaxt biz bu mənəvi dəstəyi görmüşük. Bu ölkədən olan turistlərin də ölkəmizə marağı artmaqdadır. Pandemiyaya qədər hər il minlərlə turist ölkəmizə gələrək gəzməli-görməli yerləri ziyarət edirdilər. Pandemiya səbəbindən bəzi məhdudiyyətlərə baxmayaraq, ərəb turistlər yenə də ölkəmizə gəlməkdədir. Bütün bunlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində əhəmiyyətli rola malikdir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video