16 May 2022 21:33
599
SİYASƏT
A- A+

Səttar Möhbalıyev: Azərbaycan-Türkiyə münasibətləri ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsidir

Azərbaycan-Türkiyə əlaqələri davamlı olaraq yüksələn xətlə inkişaf etməkdədir, münasibətlərimizdə günü-gündən yeni parlaq səhifələr açılır. Siyasi, iqtisadi-ticarət əlaqələri, enerji, mədəniyyət, təhsil sahəsindəki əməkdaşlığımız maksimum səviyyəyə çatıb. Əlaqələrimizin bu səviyyəyə çatması, təbii ki, hər iki ölkənin dövlət başçılarının xüsusi xidmətləri sayəsindədir. Xatırladım ki, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə birmənalı dəstəyini ifadə edir. Eyni münasibət qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən də sərgilənir. Bu, dövlətlərimiz və xalqlarımız arasında mövcud olan həmrəyliyin və birliyin təcəssümüdür.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AZƏRTAC-a açıqlamasında deyib.

Azərbaycanla Türkiyənin əməkdaşlıq əlaqələrinin unikal müttəfiqliyin bariz nümunəsi olduğunu vurğulayan deputat deyib: “Münasibətlimizin daha da dərinləşməsində ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsini xüsusi olaraq qeyd etmək istərdim. Bəyannamədəki bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatı üçün əlverişli imkan yaradır. Vətən müharibəsi dövründə qardaş ölkənin mənəvi və diplomatik dəstəyini unutmaq olmaz. Əks-hücum əməliyyatları başlayan ilk saatlardan Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türk xalqının bizi dəstəkləməsi, sözün həqiqi mənasında, təmənnasız qardaşlığın böyük təntənəsi idi. Türkiyənin bütün dövlət strukturları Azərbaycanın Qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu, tarixə düşmüş böyük qardaşlığın əyani əlamətidir”.

Dövlət başçılarının qarşılıqlı səfərlərini xatırladan Milli Məclisin deputatı qeyd edib: “Azərbaycan və Türkiyə şad gündə də, dar gündə də hər zaman biri-birinin yanındadır. Prezident Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradında iştirak etməsi, işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər etməsi, həmçinin Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılması dediklərimizin bir daha təsdiqidir. Bu münasibətlər bütün dünyaya nümunə olacaq səviyyədədir. Yeri gəlmişkən, bu il mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirildi. Belə bir mötəbər tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidentinin iştirak etməsi, orada çıxış edərək Hava Limanının işinə uğurlar arzulaması münasibətlərimizin inkişafı istiqamətində mühüm hadisələrdən biri kimi dəyərləndirərdim. Tədbirdə iki ölkə arasındakı münasibətlərin səviyyəsindən danışan dövlətimizin başçısı İlham Əliyev Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək Rize-Artvin Hava Limanının açılışında türk qardaşlarımızla bərabər olmaqdan məmnunluğunu ifadə etdi. İnanırıq ki, reallaşdırılan bütün bu səfərlər, görülən işlər əlaqələrimizi daha da dərinləşdirəcək, əməkdaşlığımızı möhkəmləndirəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video