17 May 2022 13:05
668
DÜNYA
A- A+

Serbiya Prezidenti: Ukrayna böhranı böyük qlobal münaqişələrə səbəb ola bilər  

 

Ukraynadakı böhran böyük qlobal münaqişələrə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Dünyada nüvə müharibəsinin kifayət qədər real olduğunu deyən A.Vuçiç qeyd edib: “Bunun baş vermə ehtimalı baş verməmək ehtimalından çoxdur. Heç kim sülh istəmir. Hər kəs digərində olanın yarısını istəyir. Bu, indikindən qat-qat böyük müharibə olacaq. Ukraynadakı məhdud böhran böyük qlobal münaqişələrə səbəb ola bilər. Mənə elə gəlir ki, bu toqquşmalar payızda baş verəcək. Ona görə də mən qışın çətin keçəcəyini gözləyirəm. Daha böyük münaqişələr olduqca realdır”.

“Biz kifayət qədər benzin, kömür və ya təbii qaza sahib olub-olmadığımız barədə düşünməliyik. Biz sağ qala biləcəyikmi? Əmin olduğum məsələ odur ki, ciddi ərzaq qıtlığı olacaq. Enerji resursları çoxdur, ancaq bu resurslar siyasi böhranlar səbəbindən hər kəs üçün əlçatan olmayacaq. Ərzaq da kifayət etməyəcək. Mən buna əminəm”, - deyə Serbiya Prezidenti qeyd edib.

Rusiyaya qarşı sanksiya tətbiq etmədikləri üçün ölkəsinin çox çətinliklər yaşadığını bildirən A.Vuçiç deyib: “Mən demirəm ki, biz sanksiyalar tətbiq edəcəyik. Mövcud siyasətimizi qorumaq üçün əlimizdən gələni edirik. Əgər sanksiyalar tətbiq etsəydik, indikindən on qat daha yaxşı yaşaya bilərdik. Biz müstəqil və suveren ölkə kimi hərəkət etdiyimiz üçün bunu etmədik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video