15 Yanvar 2023 01:56
647
Mədəniyyət
A- A+

Şəhidə həsr edilmiş kitabın təqdimatı olub

 

Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Manya Səxavətqızının Azərbaycan Ordusunun zabiti, Qarabağ müharibəsi  şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunmuş "Qeyrət təcəssümü" adlı kitabının təqdimatı keçirilib. 
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP rayon təşkilatının sədri Mansur Quliyev, qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. "Azərbaycan Bayrağı" ordenli Əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Vaqif Həsənov və digər natiqlər qəhrəmanın döyüş yolundan, cəbhənin Ağdam istiqamətində göstərdiyi qəhrəmanlıqlardan danışmışlar. 
Sonda kitabın müəllifi çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara  minnətdarlığını bildirmişdir.

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video